Bakıdakı hotellər qiymətlərini ucuzlaşdırıblar - Turist axını azalıb

Bakıda hər il Novruz bayramı ərəfəsində hotellər qiymətlərini qaldırsalar da, bu il qiymətlərini 20 faiz ucuzlaşdırıblar.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, təxminən 10-15 gün əvvəl hotellərdə qiymətlər baha olsa da, artıq qiymətlər ucuşlaşdırılıb.

Assosiasiya sədri bunun səbəbini bu il İrandan gələcək turistlərin sayında azalmanın olacağı ilə izah edib: “Bu il İrandan böyük turist axını gözlənilirdi. Lakin görəndə ki, bu axın azalıb, hotellər qiymətlərini endirdilər”.

Hotellərin hazırkı qiymətlərini normal sayan N.Bağırov bu ucuzlaşmanın Bakıdakı bütün hotellərdə tətbiq edildiyini söyləyib.

N.Bağırov qeyd edib ki, dünya praktikasına görə, adətən, Yeni il bayramı və digər bayram günlərində bütün ölkələrdə, böyük miqyaslı beynəlxalq tədbirlər keçirilən zaman həmin tədbirin keçirildiyi ölkədəki hotellər qiymətlərini qaldırırlar: “Ötən il Novruz bayramı günlərində Azərbaycana çox sayda turist gəlmişdi. Ona görə də hotellər Novruz bayramı ərəfəsində qiymətlərini qaldırmışdılar. Lakin bu il təxminən 10-15 gün əvvəl hotellər qiymətlərini normal qiymətə salıblar”.

635x100

Şərhlər

SƏBƏB ODUR Kİ: 2018-03-19 10:06:59

SƏBƏB ODUR Kİ:AZƏRBAYCANDA BİZNES, TURİZM VƏ DİGƏR SAHƏLƏR "PAQONLU QULDURLARIN" NƏZARƏTİNDƏ-KOORUPSİYASI ALTINDA İNİLDƏDİYİNDƏN, QİYMƏTLƏR MAYA DƏYƏRİNDƏN 10-20 DƏFƏ ARTIQDIR, SERVİS İSƏ 10 DƏFƏ AŞAĞI-BİYABIRÇI GÜNDƏDİR, ... YƏNİ UCUZ QİYMƏTLƏRƏ ALDANIB GƏLƏN TURİSTLƏRİ "PAQONLU QULDURLARIN" HİMAYƏ EDƏRƏK MONOPOLİYASINDA OLAN TURİZM OBYEKTLƏRİ VƏ HƏTTA TAXİLƏR BELƏ, AZƏRBAYCAN XALQINI SOYUB-TALADIQLARI KİMİ ELƏ SOYUBLAR Kİ, ELƏ SİFƏT GÖSTƏRİBLƏR Kİ, TURİZMİN ƏSAS KONTİNGENTİ OLAN-ORTA SƏVİYYƏLİ TURİSTLƏR GƏLMƏYƏCƏK!!!

Son yazılar