MTRŞ-dən etirazlara səbəb olan verilişə münasibət

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişində aparıcı Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxmasına münasibət bildib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş verilişin həmin hissəsi şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur.

Onun sözlərinə görə, Şuranın kompetensiyasına efirdə konkret qanun pozuntuları, milli-mənəvi dəyərlərə zidd hallar və ictimaiyyəti narahat edən digər davamlı ciddi neqativ tendensiyalar daxildir: "Bu aspektdə bütün proseslər diqqətdə saxlanılır və yayımçıların efiri daimi monitorinq nəzarətindədir. Mütəmadi olaraq qeydə alınan nöqsanlar və görülən tədbirlər barədə ictimaiyyət məlumatlandırılır. Lakin bu o demək deyil ki, biz şou verilişlərdə şou naminə edilən hər bir eksperimentə dərhal sərt müdaxilə etməliyik. Bu, yayımçıları lüsumsuz gərginlikdə saxlamağa gətirib çıxara bilər. Bu mənada sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş ATV kanalının efirində “Zaurla günaydın” verilişində baş verənlər şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur. Bununla belə, hesab edirəm ki, elektron media və sosial şəbəkələrin teleradio məkanında baş verənləri diqqətdə saxlaması təqdirəlayiqdir və yayımçılar fəaliyyətlərində bu faktoru mütləq nəzərə almalıdırlar”.

635x100

Şərhlər

Fəradi 2018-03-19 10:27:20

Mən belə başa düşdüm ki MTRŞ-na tapşırıq yuxarıdan gəlib və bu səbəbdən verlişdəki biabırçılır “şou” kimi adlandırılıb. Mirşahin ana-bacı söhbəti edir, zaur hamam xalatında camaatın qarşısına çıxır, o birisi zaur efirdə ağzına gələni danışır, müşfiq efirdə söyüş söyür və nələr-nələr və yəqin bunlar hamsı şoudur. Məncə normal azərbaycan kişisi olan şəxs qonaq gələn adamın qarşısına heç vaxt hamam xalatında çıxmaz o ki ola milyonların qarşısına. “Bu şəhərdə”-də bir tamaşada şadlıq sarayında bəylə gəlin yataq otağında təsfir olunur, yəqin ki yadınızdadır şadlıq evinin adıda “BEQEYRƏT” şadlıq sarayı adlanırdı.

Oqtay 2018-03-19 10:27:20

Şəxsən mənim MTRŞdə işləyənlərə yazığım gəlir ki belə maraqsız zəhlə tökən işdə işləyirlər Şəxsən mən 1il türməyə razıyam nəyin ki bir həftə dalbadaı AZTVlərə baxmağa. Bəyəm orada baxılası bir şey var ki hələ bir tənqid edəsən.MRTŞ senzuradır ki o da YOUTUBE olandan sonra mənasını itirib.Mən tanıyanların 90% hər şeyə kompyuterdə baxır vəTV evdə lazımsız bəzək əçyasına dönüb.Avtomobil cıxandan sonra eşşək arabası kimə lazımdır.İnternet olan yerdə MRTŞ nin funksiyası bitmiş olur heyf onlara vtuilən pullar

Mirzə AĞ 2018-03-19 10:27:20

Həəə... şou imiş... Gələn dəfə də lüt-madərzad çıxarlar, inşallah - əziz və hörmətli seyrçiləriniz "mübarək vücudunuzun" güngörməz yerlərinə baxıb da xoşhal olarlar!!! Bacarığınız bu qədər...

t.ədalət 2018-03-19 10:27:20

Belə çıxır ki, "şou" deyib camaat küçələrə də çılpaq çıxa bilər.MTRŞ-ın rəsmisinin açıqlaması xalqın əxlaq hissinə yaddır,həm də bununla Şura özünü hörmətdən salır.Həmin o Zaur bir vaxtlar aktirisa və müğənnilərin yataq otaqlarını iyləməklə məşğul idi.Belə adamlar,adətən xəstə olurlar...

Son yazılar