İranda zəlzələ olub

İranın cənubunda yerləşən Buşehr əyalətində 5 bal gücündə zəlzələ olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanlar martın 19-da Bakı vaxtı ilə səhər saat 9 radələrində 11 km dərinlikdə baş verib. Zəlzələnin mərkəzi əyalətin Gonaveh rayonu olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yayılmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar