«Rusiya dəlilər dövlətidir!» - Landsbergis

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Litvanın ən nüfuzdu siyasətçilərindən olan Vitautas Ladnsbergis hesab edir ki, «Qərb-Rusiya münasibətləri orta əsrlərin dəriniklərinə qayıbıb».

Bu barədə «BaltNews.lt.» nəşri xəbər verib.

«Biz, vulkanın yanında yaşayırıq, onun püskürməsi isə istənilən an başlaya bilər. Təhlükəsizlikdə olduğumuzu və heç vaxt heç bir pis işin baş verməyəcəyini düşünmək sadəlövhlük olardı» - deyə, Landsbergis hesab edir.

Litva mühafizəkarlarının ideya lideri Rusiyanın indiki hakimiyyətini «tiran» adlandırıb və əlavə edib ki, Moskvanın hazırkı xarici siyasəti güc prinsipinə əsalanır.

«Litvanın təhlükəsizliyi təkcə onun özündən yox, həm də ətrafdakı dostlarından asılıdır. Bizim güclü dostlarımız var, NATO təşkilatı da tamamilə bizim dostumuzdur. Amma bizim yaxınlığımızda dəlilərin dövləti də var» - deyə, Litvanın «LRT» dövlət telekanalına verdiyi müsahibdə Landsberqis bəyan edib.

635x100

Şərhlər

hərbi pensiyaçı 2018-03-19 13:54:03

Landsberqis özünü yəqin ağıllı sayır. özünü ağıllı sayan adam isə ən axmaq adamdır.

Son yazılar