İCRA BAŞÇISI İLƏ BAĞLI YENİ XƏBƏR YAYILDI - İşdən çıxarılıb, amma..

Binəqədi rayonu İcra Hakimiyyətinin rəhbəri Xaləddin İsgəndərov işdən azad edilib. Minval.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, prezident seçkilərindən sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyi gözlənilir.

Xaləddin İsgəndərov haqqında yerli mediada dəfələrlə yazılar dərc edilib. Onun nəzarəti altında olan Binəqədi rayonunda yaşıllıqların məhv edilməsi, yerində də binaların tikilməsi adi hal almışdı.

Həmçinin eks başçının dövründə xeyli müddət Binəqədinin yollarındakı problemlər kəskin narazılığa səbəb oldu. Bərbad yolların təmiri belə sakinlərin yaşam tərzinə ciddi təsir etdi. Buna görə də, dəfələrlə Binəqədi sakinləri etiraz edib, ölkə rəhbərliyinə müraciət ünvanlayıblar.

Qeyd edək ki, Xaləddin İsgəndərov vəzifədə olduğu müddətdə rayonda yerləşən hündürmərtəbəli binada 10-dan çox insanın ölümü ilə nəticələnən güclü yanğın baş verib.

Xatırladaq ki, vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edildikdən sonra ona yaxın adamlar və bir neçə qohumu işdən uzaqlaşdırıldı. Həmçinin deyilirdi ki, Xaləddin İsgəndərov da başçı vəzifəsindən kənarlaşdırılacaq.

635x100

Şərhlər

Narazı Sakinlər adından. 2018-03-19 16:31:51

Nərimanov RİH və Granhospitalın sahibləri birləşib Xan Şuşinski 55 ünvanında mənzillərimizi pilot lahiyə adı altında zorla əlimizdən ucuz qiymətə almaq istəyirlər. Gran hospital həyətimizin yerində özəl tibb mərkəzi tikmək istəyir, odur ki sakinlərlə bazar qiyməti müqabilində razılaşmalıdır.sakinlərin razılığı olmadan artıq 4 mənzildə söküntü başlayıb.Bizə müxtəlif yollarla tıziq göstərirlər. Xahiş edirəm bunu oxuyan dövlət orqanları bizə kpmək etsinlər.Qanunsuz əməllərin qarşısını alsınlar.

Abdulla 2018-03-19 16:31:51

Maraqlıdır, görəsən hansı rayon, yaxud şəhərin icra başçısından insanlar razıdır? Nə üçün insanların narazlılıqı vaxtında eşidilmir, amma, müəyyən müddətdən sonra həmin icra başçıları işdə yol verdikləri nöqsanlara və qanunsuzluqlara görə işdən kənarlaşdırılır. Onların həmin dövr ərzində əməlləri insanlara baha başa gəlir. Bu barədə səlahiyyətli qurumlar ciddi fikirləşməlidirlər.

Cəmşid İrzaquliyev 2018-03-19 16:31:51

Umarıq seçgidən sonra öz yarıtmaz əməlləri ilə dövlətə və dövlətçiliyə kölgə salan Xaləddin kimi başçılar, işdən uzaqlaşdırılar və öz əməllərinin bədəlini ödəmək üçün cinayət məsuliyyətinə cəlb olunarlar. Belələrindən biri də, Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanovdur. Belə ki, o məmurlarının iştirakı ilə törədilmiş ölüm hadisəsi zamanı etdikləri mənaviyyatsızlıqdan dolayı, hayla onları himayə edir. Belə ki, o hadisənin iştirakçıları olan Manaf Manafovu ( hətta Manafı YAP İH və şurasında saxlaması) və Həsən Niftəliyevi qeyd etdiyim kimi, etdikləri qeyri insani hərəkətlərdən dolayı, onları qoruması Cənab Prezidentin etdiyi bütün xəbərdarlıqlara sayqısızlıqdır və həyasızlıqdır..Bu belə davam edə bilməz. Onların bu sayqısızlığı eyni zamanda Cənab Prezidentin bunca gördüyü işlərə, yerlərdə bir kölgədir.. Ümid edirik ki, nəhayyətdə Cənab Prezident, Birinci Vitse Prezident bu sayaq qudurğan və harın məmurlara qarşı qəti mövqe bildirəcəklər. Onlarla bağlı son qərar artıq ölkə başçısınındır. Görünən o ki, söz artıq kar salmadı.. Bu isə yaxşı əlamət deyil.

ilqar 2018-03-19 16:31:51

... Cox gozel bir icra bascisi gelecek. Gozleyin

Cavid 2018-03-19 16:31:51

Məncə bütün icra başçılarının torpağı bir yerdən götürülüb. Məsələn Yasamal rayonunda, guya vəziyyət başqadı?! Konkret olaraq, Şərifzadə küçəsi 34 və 36-nın, həmçinin əlillərin binasının (artıq sökülüb) yerləşdiyi ərazidə, nənəm rəhmətlik demişkən "it ovcu boyda yerdə" yüksəkmərtəbəli bina inşa edirlər. 50-dən çox ağacı kökünündən məhv etdilər.3 növbəli iş gedir.Gecə-günüz səs-küydən qulaq tutulur.Söz deyənə də hədə-qorxu gəlirlər.Nə şəhərsalma qaydaları nəzərə alınır, nə insanlıq. Allah özü bilsin!!

Zəhmətkeş 2018-03-19 16:31:51

Bunun o qədəəəər puluuuu, sərvətiiii var ki, heç nə vecinə də deyil. Haram......

Veteran 2018-03-19 16:31:51

Sagol Eli yaxwi dedin, lap Nesimi rayonunda oldugu kimi. Filosofun sozu olmasin Nesib Mehemeliyev rayonun bow erazilerini ozellewdirirdi qardawi ise orada yawiyiw binasi obyekt tikirdi. Indi o getdi Asif geldi eyni weyi bu tekrarlayir. Butun delmedewikleri ozellewdirir qardawi ise yerinde yawayiw binasi obyekt tikir!

Binəqədi Sakini 2018-03-19 16:31:51

40 il yaşadığım indiki "Yaşıl xərclər Binəqədisi"nə X.İsgəndərovun hansı hesaba və nə üçün təyinatı aktuallığını çoxdan itirib. Minval.info isə bayram qabağı gündəmə Prezident İcraçısının səlahiyyəti ilə çıxış edib ki, Xaləddin artıq İcra Başçısı deyil. Lakin, BMT-nin DQ təhlükəsizlik qətnamələrinə ramən 24 ildir bəyan edilmir: "Qarabağ, daşnaqlar və turistlər kimi öz Azərbaycan vətəndaşları üçün də açıq və təhlükəsizdir!"???

SEYRAN 2018-03-19 16:31:51

Xaləddin sizin Binəqədi rayonunda, əsasən də 6, 7,8,9-cu mikrorayonlarda satdığınız torpaqlarda tikilmiş yaşayış və qeyri-yaşayış sahələri o ərazilərdə yaşayan əhali uçun ömürlük bir bir problemdir. Bugunki gündə mən və mənim kimi minlərlə sakin axşamüstülər 9-cu mikrorayonda dayanacaqdan evə qədər nə maşınla, nə də ki balalarımız piyada yolu tapa bilməyirlər. Bir şeyi bilin ALLAHIN BƏLASINDAN qaça bilməzsiniz. Siz də qaçsanız balalarınız, yaxud nəvələriniz bundan qaça bilməz. ALLAHIN LƏNƏTİ OLSUN SİZƏ.

oxucu 2018-03-19 16:31:51

Bu qədər tənqid elə bil daşa divara dəyir.bu adama təsir eləmir.burda mənəm bağdadda kor xəlifə.30000 min bir balaca yerə alıb.sənədsiz-filansız.Təzə İB gələcək bu qanunsuz tikilini sökdürəcək onda olacaq narazılıq.And olsun Allaha xalqı dövlətdən narazı salan Xaləddin kimi insanlardır.Hafiz Hacıyev tamamilıə düz deyir.Bunları işdən çıxarmaq,özlərini həbs etmək və tikdirdiyi qanunsuz tikililəri də sökdürmək lazımdır elə özlərinə.

G.M 2018-03-19 16:31:51

Bu gün İH Başçısı kreslosunda oturan adamların şəxsi keyfiyətləri,mənəvi mövcudluqları sual altındadır.Özlərini Prezidentə sadiq adam kimi göstərənlərin hamısı əslində Dövlətə,millətə xəyanət edənlərdi.

BİNƏQƏDİ SAKİNİ 2018-03-19 16:31:51

bİZ SƏBİRSİZLİKLƏ GÖZLƏYİRİK TƏZƏ İB-Nİ ,ƏYƏR O QANUNSUZ TİKİLİLƏRƏ BİR ƏNCAM ÇƏKMƏSƏ BİZ MƏCBURƏN CƏNAB PRİZİDENTƏ MÜRCİƏT EDƏCƏYİK.XAHİŞ EDİRİK O ADAMDAN Kİ GƏLSİN TƏKCƏ Ə.NAXÇİVANİ 4B BİNASININ ƏTRAFINA BAXMAQ KİFAYƏTDİR.

1111 2018-03-19 16:31:51

DALINCADA QARA BİR DAŞ.İNSANLARI BOĞAZA YIĞAN BİR ADAMDIR.

əli 2018-03-19 16:31:51

Hə nə olsun ?Gələn bundan yaxşı olacaq? Nə fərqi var Əlidir ya Vəli

Filosof 2018-03-19 16:31:51

Hec Nesimi rayonunun qubernatoru da ondan geri qalmir. Ozu mantajlayir qardawi ise tikir...

t.ədalət 2018-03-19 16:31:51

X.İskəndərovun işdən çıxarılması ilə məsələ bitmir.Onun iştirakı ilə kəsilən ağacların yerində tikilən binalar sökülməli,şəhərə dəyən ziyanlar isə aradan qaldırılmalıdır.Tədbirlər bu zaman dəyərli ola bilər.

binəqədi sakini 2018-03-19 16:31:51

Bu Xaləddini işdən çıxarmaq yox həps etmək lazımdır.Onun qanunsuz əməllərindən Ə.Naxçivani 4b-nin sakinləri lap təngə gəlib.Demək olar ki .4b-nömrəli bina tam yararsız hala salınıb.2 gün bundan qabaq yenə binanın qarşısındakı ağac kəsildi yerində quş damı tikildi. dedilər biz 30000 man vermişik Xaləddinə.Allah sizin bəlanızı versin.

Son yazılar