Afrin azad olunmasaydı, Türkiyəni hansı təhlükə gözləyirdi? - VİDEO

Afrinin şimal-qərbində yerləşən Cuvey kəndində terrorçulara məxsus gizli silah anbarı tapılıb. Axar.az xəbər verir ki, YPG-PKK terror qruplaşması türk ordusunun artilleriya və aviazərbələrindən qorunmaq üçün silah anbarını tunel formasında yerin altında inşa edib.

Üzəri torpaqla gizlədilmiş silah anbarı 150 metr uzunluğunda və 12 otaqdan ibarətdir. Anbarda ABŞ və Rusiya istehsalı olan minlərlə hava hücumundan müdafiə raketləri, pulemyot mərmiləri, tank əleyhinə raketlər, top mərmiləri, çoxmənzilli raketlər, tank ləvazimatı və TOV raketi ələ keçirilib.

Hərbi mənbələr nəhəng ölçüdəki silah anbarının terror qruplaşmasının genişmiqyaslı bir transfer əməliyyatına hazırlaşdığından xəbər verdiyini bildirib. TSQ bu ölçülərdə bir silah anbarını rahatlıqla məhv edə biləcək imkanlara sahib olsa da, mülki vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bunu həyata keçirməyib.

Afrinin Tərəf kəndində isə terror qruplaşmasının siyasi təlimlər keçdiyi bildirilən düşərgə ələ keçirilib. 3 mərtəbəli, bağça və hovuza sahib binada terror qruplaşmasının lideri Abdullah Öcalana aid kitablarla yanaşı, çox sayda sənəd və təbliğat vasitələri aşkar edilib.

Qeyd edək ki, Afrinin mərkəzi ötən gün TSQ və ASO hücumları nəticəsində azad edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar