GÖMRÜK KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN İDDİALARINI YALANLADI - İdxal yüksəlib

Dövlət Statistika Komitəsi yanvar-fevral ayına dair bülletenində qeyd edir ki, ölkədə ət və süd istehsalı artıb. Hesabatda ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 1,1 faiz, tərəvəz istehsalı 1,9 dəfə artıb.

Ümumiyyətlə,  Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı 43,8 faiz artıb.

Lakin bu rəqəmləri Dövlət Gömrük Komitəsinin eyni dövr hesabatı ilə müqayisə edəndə paradoks vəziyyət yaranır. Kənd təsərrüfatı məhsullarının istehsalı artıdğı təqdirdə ölkəyə gətirilən yeyinti mallarının idxalı 6.8 faiz yüksəlib. Bu gün yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 14,80%-dən 18,69%-ə yüksəlib.

vahid-meherremov1-300x204Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov da bir müddət əvvəl bildirmişdi ki, diri heyvanların idxalı 2,4 dəfə, süd idxalı 2,7 dəfə artıb. Ekspert düşünürki, idxal artımı  nəticəsində kənd təsərrüfatı məhsulları istehsalının kəskin şəkildə azalmasında xəbər verir.

Belə olan halda, Kənd Təsərrüfatı Nazirliyinin  və Dövlət Statistika Komitəsinin istehsaldakı artımla bağlı statistikasının nə dərəcədə şəffaf olduğunu şübhə altına düşür.

635x100

Şərhlər

Cəmşid İrzaquliyev 2018-03-19 17:51:06

Umarıq seçgidən sonra dövlət başçısı, Heydər Əsədov kimi yararsız və sərişdəsiz kadrlarla vidalaşmış olar. Bu şəxs Kənd Təsərrüfatına aidiyyatı olmayan bir adamdır. Təssüf ki, o bu posta gəlişi ilə kənd təsərrüfatına çox böyük zərbə vurdu. Belələrini işdən çıxarmaq azdır, onun kimiləri ölkə iqtisadiyyatına vrmuş olduqları zərərin bədəlini ödəmələri üçün, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

bakili 2018-03-19 17:51:06

k/t nazirliyi neyle mesqul olur goresen?

G.M 2018-03-19 17:51:06

Gömrük və KT Nazirliyi şəffavlıqdan çox uzaqdır..Statistik göstəricilər isə bütün sahələrdə olduğu kimi tam saxta və yalanlardan ibarətdir.

Aqronom 2018-03-19 17:51:06

Kənd təsərrüfatı sahəsini bilən adam yalan danışmamalıdı ona görə ki, bu sahə faktı sevir düzgünlüyü sevir. Yalan məlumatlarla baş girləmək olmaz. Ölkəmiz müharibə şəraitində olduğu bir vaxtda kənd təsərrüfatı reallığı əks etdirməlidir. Onsuzda kənd təsərrüfatı məhsullarının qiymətinin artması məhsul qıtlığından xəbər verir. Faktı bazar, idxal və ixrac dəqiq göstərir.Vəzifə xatirinə dövləti xalqı aldadmaq insanlıqdan başqa hər şeyə yarıyar.

hərbi pensiyaçı 2018-03-19 17:51:06

Yoldaş Heydər Əsədovu ona görə kənd təsərrüfatı naziri qoyublar ki, görək belə mühüm bir vaxtda ölkədə kənd təsərrüfatı naziri olmayanda vəziyyət necə olur. Eksperiment keçirirlər.

Rəhim İmanov 2018-03-19 17:51:06

Statistika idarəsi nazirliklərdən gələn məlumatlara əsasən nəticə elan edir.Bəs nazirliklərdən gələn məlumatlar nə qədər həqiqətə uygundur? Bunu yoxlayan,buna nəzarət edən varmı? Statistika Komitəsi işsizliyin 5 faiz olduğu barədə məlumat verir.Bəs doğrudanmı işsizlik 5 faizdir? Əlbəttə yox.Digər mənbələr işsizliyin 45-60 faiz civarında olduğunu deyir.Bu paradoks deyilmi?

Son yazılar