Yaponiyadakı siyasi gərginlik səhmlərin düşməsinə səbəb olub

Yaponiyada yaşanan siyasi gərginlik və KİV-lərin apardığı sorğuların nəticələrinə görə Baş nazir Şinzo Abenin kabinetinin reytinqinin enməsi fonunda martın 19-da Tokio Fond Birjasında səhmlərin düşməsi qeydə alınıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, 225 aparıcı şirkətin səhmlərini özündə birləşdirən Nikkey indeksi martın 16-da 195,61 bənd itirərək günü 21480,90 həddində başa vurub. Bu, martın 9-dan bəri ən aşağı göstəricidir. Birinci seksiyanın ən geniş indeksi olan Topix də 16,66 bənd itirərək 1719,97 həddində qərarlaşıb.

İnvestorların daha çox dəqiq alətlərlə, qiymətli kağızlar və elektrocihazlarla maraqlandıqları bildirilir.

Kyodonun yaydığı məlumata görə, Baş nazirin adının dövlət torpaq sahəsinin ucuz qiymətə satılmasında hallanması ilə əlaqədar martın 18-də KİV-lərin apardığı sorğuların nəticələri Ş.Abe kabinetinin reytinqinin 40 faizdən aşağı düşdüyünü göstərib və bunun nəticəsində bazar hələ də gərgin vəziyyətdə qalır.

Respondentlərin əksəriyyəti Ş.Abenin Maliyyə Nazirliyinin sənədlərində aparılan düzəlişlərlə əlaqəli olduğunu bildiriblər.

Mütəxəssislərin qənaətinə görə, investorları əsas narahat edən məqam Ş.Abenin reytinqinin kəskin aşağı düşməsi nəticəsində hakim Liberal Demokratik Partiyanın sədrinin payızda keçiriləcək seçkilərində onun qalib gəlmək perspektivlərini azaldır ki, bu da “abenomika”nın dayanmasına gətirib çıxara bilər.

2012-ci ilin dekabr seçkilərində qalib gələn Ş.Abenin “abenomika” adlanan iqtisadi siyasəti pul-kredit siyasətinin və fiskal stimulun kəskin yumşalmasına xidmət edib və nəticədə son illər yapon səhmlərinin səmərəlilik dərəcəsi artıb.

Parlamentin 19-da parlamentdə aparılan debatlar zamanı torpaq əməliyyatında iştirak etmədiyini bir daha təkrar edən Ş.Abe bildirib ki, Maliyyə Nazirliyinin dəyişikliklər edilmiş sənədlərini o idarə etmir.

20.03.201800:10 31

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar