"Facebook" şirkəti qalmaqal səbəbindən 5 milyard dollar itirib

"Facebook"un təsisçisi olan Mark Sukerberqin sərvəti sosial şəbəkə istifadəçilərinə məxsus məlumatların sızması barədə yayılan xəbər səbəbindən 5 milyard dollar azalıb.

“Report” xəbər verir ki, bu barədə martın 19-da "Forbes" jurnalı yazıb.

Bazar günü keçirilən hərraclar zamanı "Facebook" 7%-dən çox ucuzlaqıb, şirkəti bazar dəyəri isə 37 mlrd. dollar aşağı düşüb.

Qalmaqal martın 17-də baş verib. "The New York Times" nəşri yazıb ki, seçkiqabağı kampaniya zamanı "Cambridge Analitica" firması qanunsuz olaraq "Facebook"un 50 milyon istifadəçisinin məlumatlarını əldə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar