Eldar Namazov adını siyahıda tapmayıb

"Çox təəssüflə deyə bilərəm ki, bu seçkilərdə də böyük saxtakarlıq müşahidə olunur”

Gün ərzində tanınmış ictimai-siyasi xadimlərin prezident seçkisində səs vermələri ilə bağlı məlumatlar mətbuatda işıqlandırılır. Modern.az saytı Milli Şuranın qurucularından olan, “El” hərəkatının son günlər mətbaut səhifələrində görünməyən sədri Eldar Namazovun səsverməyə gedib-getmədiyilə maraqlanıb.

Eldar Namazov saytımıza açıqlamasında deyib ki, bu gün səhər seçki məntəqəsinə gedib və ona deyiblər ki, adı seçicilər siyahısında yoxdur. Adının siyahısında olmamağından çox təəssüfləndiyini deyən Namazov məntəqənin səhvini düzəldib: “Mən səhər saatlarında qeydiyyatda olduğum Nəsimi rayonu 22-ci dairənin 8 saylı məntəqəsinə getdim. Çox təəssüf ki, mənim adım seçicilər siyahısında yox idi. Bu çox qəribə bir haldır. Daim Azərbaycanda yaşayan, seçkilərdə iştirak edən bir adamın adı siyahıda niyə olmasın?! Buna baxmayaraq, vəsiqəmi təqdim edib və səsverməyə qatıla bildim. Ailə üzvlərim Bakıda olmadığından səsverməyə tək getməli oldum. Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə səs verdim.

Mənə verilən informasiyalardan çox təəssüflənirəm. Səhər həm özüm məntəqələri gəzəndə, həm də Cəmil müəllimin seçki qərargahında olanda məlum oldu ki, seçkilər zamanı böyük saxtakarlıqlar baş verib. Ona görə də çox təəssüflə deyə bilərəm ki, bu seçkilərdə də böyük saxtakarlıq müşahidə olunur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar