İLK DEBATDA BÖYÜK TƏRBİYƏSİZLİK! - İkrah doğuran namizəd... (VİDEO)

Martın 19-da İctimai Televiziyada 11 aprel Prezident seçkilərində qeydə alınmış namizədlərin ilk debatı keçirilib.

"AzPolitika.info"nun məlumatına görə, iqtisadi islahatlar mövzusuna həsr olunmuş debat, gözlənildiyi kimi ümumən sakit atmosferdə baş tutub. Namizədlər əsasən, özlərinin iqtisadi islahatlarla bağlı fikir və təkliflərini, o cümlədən tənqidlərini dilə gətirsələr də mövzudan kənar çıxışlar da olub.

İlk debatda ən diqqətçəkən məqam son dəqiqələrdə prezidentliyə namizəd Araz Əlizadənin digər namizəd, ADP sədri Sərdar Cəlaloğluna küçə adamı tərzində hücum etməsi, əxlaqdan və tərbiyədənkənar sözlər işlətməsi olub.

"AzPolitika" ilk debatın videoyazısını təqdim edir:

635x100

Şərhlər

obyekt 2018-03-20 13:57:30

Eli m. yaxwi oglansiz amma yalan daniwmayin.

seçici 2018-03-20 13:57:30

Razi Nurullayevədir sözüm.Get bu arada dişlərivi düzəltdir.Ayibdır.pul veriləcək seçkiyə görə.hesabatda yazarsan ki dişlərimi düzəltdim.

.ŞUVALANLİ 2018-03-20 13:57:30

ZAHİD ORUC OLKƏ PREZİDENTİ OLMAQ İSDƏYİRSƏNM? O BİR ALLAHİMİZA AND OLSUN Kİ BU ADAMİ GECƏ YUXUDAN QALDİRİB BU SUALİ VERSƏLƏR URƏYİ PARTLAYAR. NİYƏ? DEYƏR İLAHİ GORƏN BUNDAN DOVLƏT BASCİSİNİN XƏBƏRİ VARMİ? İNDU GECUM ZAHİDİN BAS PROKUROU SUSLAMASUNA. BU BİNAVANİ ZAKUR QARALOV ĞN AZİ 12 MADDƏ İLƏ TUTQLAYAR VƏ OMURLUKDƏ HƏBUSXANƏDƏN SAX SALAMAT CUXMAZ. SUXSA BELƏ ONURXASİ YERİNDƏN QACAR.İNDU UTANİB DURNADAN ELDAR MAHMUDOVDAN DANUSUR.HƏR ADAMUN ZASLUQU VAR. SƏNUN NƏ KİMİ ZAQLUQUN VAR AY ZAXUD? HƏ?

sehrı seferov 2018-03-20 13:57:30

.... ajıb olsun

Vahid 2018-03-20 13:57:30

Razi Nurullayevin leksikonunda qüsur olduğu.onun sözləri normal tələffüz edə bilməməsi, onun ölkədə elektrotatının olmaması onun təsadüfən namizəd siyasına salındığına sübutdur.Normal danışıq qabiliyyəti olmayan şəxs necə prezident postuna nanmizəd təsdiqlənər? Axı prezident təkcə rspublika daxilində işləmir. Onun seçkilərdən vaxtında imtina etməsi onun xeyrinə ola bilər.

Seçici 2018-03-20 13:57:30

Azərbaycanın kadr potensialı bu 7 nəfərdən ibarətdirsə kül ölkənin başına! Bunları namizəg təsdiq edənlər nəyi düşündükləri bəlli deyil.Onlar möhtərəm prezidentlə zarafat ediblərvə xalqı təhqir ediblər.Onların namizədlik üçün belə imza toplamaları hiss edilməyib və lazımi imza toplamaları mümkün deyil.MSK -nın indidən saxtakarlığa yol verdiyi bəllidir.f

Əsgər 2018-03-20 13:57:30

BUNLAR PATOMİMO TEATRININ AKTYORLARL KLOUNLARIDIR.

BAKILI 2018-03-20 13:57:30

Bu bir dana onu gesterirki Azerbaycan ne gundedir özüme nifret eledim men bu elkenin vetandawiyam

Memmed 2018-03-20 13:57:30

Bu dövlet insanların esebi ile oynayır,Arazın kimliyini Vidadi deyib xalqa,onda biraz menlik olsa çıxmaz efire

Həmid 2018-03-20 13:57:30

GÜLMƏLİDİR. BU MÜFTƏXORLARIN HAMISINI UŞAQLARI İLƏ TUTUB MÜHARİBƏYƏ POZİTSİYAYA BASMAQ LAZIMDIR Kİ,BİR GÜLLƏ SƏSİ HİSS ETSİNLƏR. BUNLARDAN PREZİDENT OLAR? BUNLAR BAŞQA ŞEYLƏRİ ÖZLƏRİNƏ BİZNES İMPERİYASI QURMAĞI,OBYEKLƏR ALIB BÖYÜTMƏK,TALANÇƏLƏQ YAXŞI OLMAYAN BÜTÜN ƏLAMƏTLƏR BUNLARDA VAR. BU FƏRƏC BİR VAXTLAR? BUNLARA BAXANDA ADAM ƏSƏBLƏŞİR,ADAMIN TƏZYİQİ QALXIR.

kinaye 2018-03-20 13:57:30

Bunlara baxanda adam bilmir aglasin, ya gulsun...hamisi oyundu ve hami da bunu bilir.

oxucu 2018-03-20 13:57:30

Bu KARYERIST.... z.oruc ozunu ATIB ORTAYA ve CANFESHANLIQLA ....... Ay "TEYINATLI"- "deputat" zahid oruc, BESDIR..., BEZDIRIBSEN XALQI OZ MENASIZ ......, sen kimsen ki, ozunu, sechkide "namized" kimi XALQA teqdim edirsen ...? azpolitika.info GORXMA, CESARETLI OL, bu tipli KARYERISTLERIN ESL MEQSEDLERINI ..., XALQ YAXSHI BILIR.

CƏMİL 2018-03-20 13:57:30

hANSI MƏQSƏDLƏ MSK ARAZ ƏLİZADƏNİ NAMİƏD KİMİ QEYDƏ ALIB.AXI O 400000 YOX HEÇ 4 İMZA DA ALA BİLMƏZDİ.BU İŞLƏRƏ NƏZARƏT EDƏN YOXDUR?İNDİ MSK İŞİNİN NƏTİCƏSİNƏ BAXSIN.

Taliw 2018-03-20 13:57:30

axi bu secki mecki neye lazimdir,niye bu qeder pul,vaxt serf olunur? Her wey melum,,,,,baq melum,baqban melum,,,

vətəndaş 2018-03-20 13:57:30

Əli məllim siz düz danışın. Büdcə neft qiyməti düşməzdən əvvəl təxminən 20 mlrd idi. Bu dollarla hesablananda 25 milrd dollar edirdi. Dollar ona görə deyirəm ki bütün nazir məmur dollarla danışır. Qiymət qalxır deyirlər dollarla alınır.Düzdürmü? Büdcə indi mən biləni 20 milyardddır Bu da deməli 10-12 milyard olur. Sərdar bəyin dediyi düzdür. Büdcə azı 2 dəfə azalıb. Əgər belədirsə hansı iqtisadi inkişafdan danışmaq olar? Saxtakarlıq nə lazım. Düz danışmaq lazımdır. Sərdar bəy əsl millət xalq namizədidir.

Azər 2018-03-20 13:57:30

Sərdardan başqa ... Çıxıblar yaltaqlanmağa. Bunlardan prezident olar. Təəsüf edirəm. Xahiş edirəm necə yazmışam verin. Bu mənim vətəndaşlıq hüququm və haqqımdır.

Hacı 2018-03-20 13:57:30

Araz Əlizadə kimi xainlər dövlətimizin düşmənləridirlər.

Kamal 2018-03-20 13:57:30

Belə mənasız namizədlərlə şou yaratmaq özü möhtərəm prezidentə qarşı təhqir sayılmalıdır.Belə "namizədlərlə" ortaya çıxmaq da ayıbdır.Niyə prezident vəzifəsini bu qədər alçaldıblar.Məgər Azərbaycan bir Respublika,Azərbaycan xalqı dünyada bir millət kimi beləmi tanıdılmalıdır? Belə namizədlərlə seçki təşkil etmək millətə həqarət,dünyada gülüş hədəfinə çevrilməkdir.Yaxşı olar ki, seçkilər ləğv edilsin,başqa vaxta keçirilsin və ləyaqətli namizədlərlə Azərbaycana xas olan şəkildə yeni seçki təyin edilsin.

Elman 2018-03-20 13:57:30

Günah MSK-dadır.Onların təqsiri yoxdur.Onlara özünüzü namizəd verin deyəndə düşünməli idilər ki, Prezident seçkisi oyuncağa çevirmək və milləti ələ salmaqdır. p.Axı bu teleekranlara xaricdə də baxanlar var.İnsan gərək düşünüb iş görsün.Kim bilmir ki,Arazdan Razidən,Sərdardan,Zahiddən Hafizdən,Fərəcdən prezident olmaz. Bıs onları hansı ağılla gətirib oturdublar? Ondan başqa Əli Əhmədovun boş sözlərini hara yazmaq olar? Bu namizədlər nə zaman və necə 400000 imza topladılar? Millət belə yalanlardan bezib.

Oxucu 2018-03-20 13:57:30

Hafiz Haciyevin maraqli suali cavabsiz qaldi. Sorusdu ki men sizin neyinizi yemisem? :)))

Mühəndis 2018-03-20 13:57:30

VaAllah, adam bunların əksəriyyətinə baxıb xəcalət çəkir.Zahid Oruc,hafiz hacıyev,Fərəc Quliyev,razi nurullayev,Əli Əhmədov sadəcə "tos" deyirlər.Bircə Sərdar Cəlaloğlu vicdanının olmasını göstərdi.Araz əlizadədən baş açmaq olmur ki,o bura nəyə gəlib. Onun məqsədi hamıya aydındır.İnsan nə qədər həyasız olmalıdır? .... Xalq hər şeyi görür. ...

əli 2018-03-20 13:57:30

Mən bilən oradakıların 3 ya 4 vaxtı ilə Əli Kərimlinin partiyasında olanlardirlar indi hələki fikirləri belədir Hörmət etdiyim Sərdar Cəlal oğludur həmişəki kimi sərbəstdir.

Cabbar 2018-03-20 13:57:30

Bunlara kim və nə üçün səs verməlidirlər?Axı onlar mövcud prezidenti tərif edirlər.O zaman onların namizədliyi insanları ələ salmaq deyilmi? Əgər onlar özlərini prezidentə namizəd hesab edirlərsə,mövcud prezidentə rəqib olmalı,buraxılan yanlışlıqları onlar seçilərsə düzəldəcəkləri yollarından,mövcud prezidentdən hansı yollarla ölkəyə daha əhəmiyyətli olacağından bəhs etməli idilər.Ancaq indiki halda bu boş sərfiyyatdan başqa bir şey deyil.Hafiz Hacıyev kimi namizədin üzərinə su atacaq namizəd görükmür.

Zaza dayı 2018-03-20 13:57:30

Devlet qesden onların namizedliyini qeyde alıb ki, siz göresiniz,ay millet... İnanın insanlar bunlara nifret edir!

Sol seçici 2018-03-20 13:57:30

Bizə hədsiz-çatışmayan Müzakirələr və önəmli-dərin Mülahizələr gərəklidir. Seçki(7 ilə marafon əvəzinə) sprinti şansdır. İlk həftə yaxşı olardı ki, hər gün iki dost namizəd hərəsi 45 dəqiqə öz məramını izhar edər və bir saat bütün jurnastlərin suallarına cavab verərdilər. Hələlik hamısı dünənki Prezidentə yazıqları gəldiyini izhar etdilər. Heç bir problem lazımınca aşkarlanmadı.

avam 2018-03-20 13:57:30

Bir qədər Qüdrət bey siyasetçi kimi danisdi.Qalanları ...Araz Əlizade isə bu dəfə lap .....

Adəm 2018-03-20 13:57:30

Araz Əlizadənin tumu məlumdur.... ........ KQB də hər şeyi bildiyindən, bu adam Moskvaya xidmət edir. Ordan aldığı təlimatla belə tərbiyəsizlik edir ki, qarşı tərəf də ona bu şəraiti yaradan hakimiyyəti söysün. Yoxsa Araz nə ....ki, namizəd olsun. Evdə...

Sahib Rustamov 2018-03-20 13:57:30

Bunlardan Prezident yox kolxozda suyun başına cuarda qoymaq təhlükəlidir.Bunlar bu xalqı bu milləti dolayıblar.Özlərinə səs istəmək əvəzinə yaltaqlıqla məşquldurlar.Amma nə olur olsun əla bir şodur.

Son yazılar