Türkiyə millisinin heyətində daha bir dəyişiklik edilib

İrlandiya və Monteneqro yığmaları ilə yoldaşlıq görüşləri ərəfəsində futbol üzrə Türkiyə milli komandasının heyətində daha bir dəyişiklik edilib.

"Report"un məlumatına görə, İspaniya "Selta"sında çıxış edən Emre Mor ağır qripə yoluxduğu üçün millidən kənarlaşdırılıb. Onu "Fənərbağça"nın yarımmüdafiəçisi Alper Potuk əvəzləyib.

Daha əvvəl zədəli Oğuzhan Özyakupla Ömer Toprakın yerinə komandaya Mahmut Tekdemir və İrfan Can Kahveci dəvət olunub.

Qeyd edək ki, İrlandiya ilə oyun martın 23-də Antalyada, Monteneqro ilə qarşılaşma isə martın 27-də Podqoritsada keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar