Fələstin dövlət başçısı ABŞ-ın səfirini təhqir etdi - “İt oğlu it...”

Fələstin prezidenti Mahmud Abbas İsrailin işğal altındakı Fələstin torpaqlarındakı inşa etdiyi qanunsuz məskənləri müdafiə edən və bunların İsrailə aid olduğunu söyləyən ABŞ səfiri David Fridmanı təhqir edib. Musavat.com türkiyə mediasına istinadən xəbər verir ki, Mahmud Abbas fələstinli dövlət adamları ilə keçirdiyi toplantıda bu cümlələri işlədib: “Bir çox ABŞ rəsmisi bu məskənləri qanuni qəbul edir. Bunların başında isə səfir David Fridman gəlir. O deyir ki, yəhudilər öz torpaqalarında inşaatla məşğuldur. İt oğlu it, onlar sənin torpağın da ev tikirlər? Bu adam ABŞ-ın səfiridir, başqa nə gözləyək ondan”…

David Fridmanın Mahmud Abbasa cavabı gecikməyib. Səfir yəhudi dilində çıxan “Maarif” qəzetində “Əbu Mazin (Mahmud Abbas) mənə it oğlu it deyir. Bu bir siyasi xitabdır, yoxsa yəhudi düşmənliyi”? - deyə Abbasa reaksiya verib. Fridman Abbasın bu sözləri vaxtilə fələstinlilərin bir çox israilliyi öldürən zaman da işlətdiyini iddia edib.

Картинки по запросу david friedman ambassador

David Fridman

Mahmud Abbasın söyüşünə İsrail rəhbərliyi də reaksiya göstərib. Baş nazir Benyamin Netanyahu “Görünən odur ki, Fələstin rəhbərliyi qarşılaşdıqları gerçəklikdən şok yaşayıb və özlərini itiriblər”, -deyə bəyan edib.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt və Dövlət Departamentinin sözcüsü Hizer Nauert də Abbası hədəf alıb.

Qrinblat “Dövlət başçısı Mahmud Abbas üçün nifrət ritorikası ilə öz xalqının həyat rifahı arasında seçim etmək zamanı gəlib",- deyə Abbasa təpki göstərib.

Qrinblat ABŞ-a yönəlik tənqidlərin qəbuledilməz olduğunu vurğulayaraq Yaxın Şərqdə sülhün əldə olunması ilə bağlı çalışmaların son mərhələyə qədəm qoyduğunu və uyğun zamanda bunu hər kəslə paylaşacaqlarını bildirib.

Qeyd edək ki, ABŞ səfiri D.Fridman yəhudi əsilldir və siyasətin radikal sağ qanadında duran isimdir.

Fridman bir vaxtlar İsraildə çıxan sionist “Arutz Şeva”, sağçı “Jerusalem Post” kimi qəzetlərdə köşə yazarı olub. Onun Qüdsdə Təlbiyə bölgəsində evi də var.

Fridmanınn bu cür radikal İsrail yanlısı olması onun Senatda səfir kimi təsdiqi zamanı böyük mübahisələrə səbəb olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar