"Heydərbabaya salam" ekranlaşdırıldı - VİDEO

Cinemazadeh studiyası yeni “Şairzadə” adlı sosial layihə hazırlayıb.Musavat.com xəbər verir ki, şeir layihəsi Azərbaycan dilinə dəstək xarakteri daşıyır. Məşhur şairlərimizin məşhur şeirlərini qısametrajlı film kimi təqdim edərək ədəbiyyatımıza yeni nəfəs verməyi düşünən Cinemazadeh komandası ilk olaraq Novruz bayramı ərəfəsində dahi şair Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından bir hissəni ekranlaşdırıb.

Ekran işində şeiri xalq artisti Şamil Süleymanlı səsləndirib. Layihənin ideya müəllifi və baş prodüseri Cəfər Axundzadə, baş redaktoru Xətai Əli, ssenari müəllifi Vüqar Hüseynov, icraçı prodüderi İsmayıl Bağırovdur. "Heydərbabaya salam" qısametrajlı filminin quruluşçu rejissoru Taleh Yüzbəyov, quruluşçu operatoru Rauf Qurbanəliyev, Post-prodakşn supervayzeri Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyevdir.

Qeyd edək ki, layihə çoxseriyalı nəzərdə tutulub və hər bir şeirə tanınmış rejissorlar quruluş verəcək.

635x100

Şərhlər

t.ədalət 2018-03-20 16:22:55

Təəssüf ki bu dəfə də biz ünvanımıza olan həqarəti gördük.Böyük Şəhriyarın "oynamaqdan doymazdıq" misrası göbəyi açıq qadınların seksual rəqsnə deyil,Azərbaycan xalqının milli oyunlarına işarədir.Bizim hər birimiz Novruz bayramında yaşıdlarımızla bir yerə toplaşar, gözəl oyunlarla vaxt keçirərdik.Evlərə qurşaq atardıq.Şirin-şəkər hədiyyələr toplardıq,maraqlı oyun süjetləri qurardıq.Oynaya-oynaya dost-doğmalara çevrilərdik..

Son yazılar