"ASLANLAR MEYDANA ÇIXINCA, ÇAQQALLAR QAÇAR" - Ərdoğandan ABŞ-a sərt cavab + VİDEO

"Qərb ölkələrinin xahişini yerə salmadıq, 2 ay ərzində Afrdə hərbi əməliyyatı bitirdik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin Suriyanın Afrin bölgəsindəki durumla bağlı narahatlıq keçirdikləri barədə bəyanatlarına münasibət bildirib. APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup toplantısında çıxışında deyib ki, Türkiyə ilə strateji tərəfdaş olduğunu bəyan edən ABŞ terrorçularla əməkdaşlıq edir.

R. T. Ərdoğan ABŞ-ın Türkiyənin terrorizmlə bağlı qayğılarına etinasız yanaşdığını bəyan edib: "Türkiyə təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildirən, bu yerləri terror təşkilatlarından birgə təmizləməyi təklif edən zaman harada idiniz? Siz bizə PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə əməkdaşlıq edərək İŞİD terror təşkilatını təmizləyəcəyini söyləmişdiniz. "Gəlin İŞİD-i birlikdə təmizləyək" deyəndə bizə inanmamışdınız. Buyurun, indi Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə PYD/YPG-ni necə təmizlədiyinə baxın. ABŞ bir tərəfdən Türkiyə ilə strateji tərəfdaş olduğunu deyir, digər tərəfdən terrorçularla əməkdaşlıq edir. Əgər bizimlə strateji ortaqsınızsa, bizimlə bərabər hərəkət edəcəksiniz. Ancaq ABŞ bizi aldatmağa çalışdı. PYD/YPG terrorçularına 5 min yük maşını silah və texnika verdiniz. Biz pulumuzla sizdən silah almaq istəyən zaman bu silahları bizə satmadınız, ancaq terror təşkilatına həmin silahları pulsuz verdiniz. Bu, necə strateji ortaqlıqdır?! İndi terror təşkilatı qaçır, biz qovuruq. Terrorçulara verdiyiniz silahlar da yavaş-yavaş bizim əlimizə keçir, keçəcək"

Türkiyə prezidenti Afrin əməliyyatı başlayan zaman Qərb ölkələrinin əməliyyatın tez sona çatdırılması barədə çağırışlarını xatırladıb: "Biz Qərb ölkələrinin xahişini yerə salmadıq, 2 ay ərzində Afrdə hərbi əməliyyatı bitirdik. Aslanlar meydana çıxanda çaqqallar qaçar. PYD/YPG terrorçularının bizimlə savaşmaq üçün hazırladıqları mövqelər, sığınacaqlar onlara məzar oldu. Mülki şəxslərin arxasında gizlənərək bu qədər dözə bildilər. Əməliyyat zamanı mülki şəxslərə ziyan dəyməsi barədə iddiaların da əsassız olduğunu sübut etdik. Bundan sonra Afrin bölgəsini o yerlərin əsl sahibi olan qardaşlarımız üçün yaşanacaq hala gətirməyə çalışacağıq ".

R. T. Ərdoğan ötən müddət ərzində 3647 PYD/YPG terrorçusunun zərərsizləşdirildiyini də açıqlayıb.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri nəzarətə götürülüb. Martın 19-da Afrin bölgəsi tamamilə AYD/YPG terrorçularından təmizlənib.

"AzPolitika.info" Ərdoğanın çıxışının həmin hissəsələrinin videoyazısını təqdim edir. 

635x100

Şərhlər

Adlh 2018-03-20 16:41:32

Halal olsun Erdoqana, kaski cox yox, bir 15 yas cavan olaydı. Birde bunda olan qeyretden, kisilikden, serefden, namusdan hər prezdentde olaydı.

Aicos 2018-03-20 16:41:32

Cənab,Ərdoğan! Sizin planlaşdırdığınız, Menbicdə yerüstü hərbi əməliyyatların keçirilməsi Türk ordusunun nüfuzunu daha da yüksək səviyyəyə qaldıracaq. Siz narahat olmayın, yerüstü hərbi əməliyyatı dedikdə, Pentaqonun gözünün önünə Vyetnamdakı, uğursuz, yerüstü, hərbi əməliyyatları gəlir.Türk ordusu Menbicə daxil olan kimi, Pentaqonun ordusu oradan qaçacaq və qabağa PYD/YPG-ni verəcəklər. PYD/YPG-nin qabağını isə Türk ordusu asanlıqla ala biləcək.

azer 2018-03-20 16:41:32

O Bütün Türk Dünyasının Ərdoğanıdır! Soyadlna baxın-yəni bir erkək qeyrətli Ana doğmuş onu!

Orxan 2018-03-20 16:41:32

Allah seni qorusun Erdogan. Amin.

Son yazılar