Türkiyə Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə nəqlinə çalışır

"Azərbaycanla birgə Cənub Qaz Dəhlizinin bel sütununun təşkil edən Trans-Anadolu qaz boru kəmərini (TANAP) bu il istifadəyə verəcəyik". APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

B. Yıldırım Cənub Qaz Dəhlizinin növbəti mərhələsinin Trans-Adriatik qaz kəməri (TAP) olduğunu qeyd edib: "Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Bu kəmərlə Azərbaycan qazı ilə bərabər gələcəkdə Türkmənistan qazının da nəqli istiqamətində səylərimizi davam etdiririk".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar