2014-cü ildə itkin düşmüş təyyarə tapıldı

Aviaqəzalar zamanı itən təyyarələrin axtarışı ilə məşğul olan avstraliyalı həvəskar Piter Makmehon Malayziyaya məxsus olan və 2014-cü ildə Hind okeanında itdiyi güman edilən sərnişin təyyarəsini tapmaq üçün NASA və Google Maps-in xəritələrini araşdırıb.

“The Sun” nəşri yazır ki, P.Makmehon təyyarənin qalıqlarını okeanda tapıb. Onun təqdim etdiyi fotolarda təyyarənin gövdəsi ilə yanaşı, üzərindəki güllə yerləri də görünür.

Avstraliyalı həvəskar təsdiq edir ki, təyyarənin qəzaya uğradığı yer Seyşel adalarına daxil olan kiçik Ruand adasından 16 kilometr cənubda yerləşir. Həmin ərazi itmiş təyyarənin axtarış-əməliyyat zonasına daxil edilməyib.

P.Makmehon öz tapıntısı barədə məlumatları Avstraliya Nəqliyyat və Təhlükəsizlik Bürosuna göndərib. Büro həmin fotoların itmiş təyyarəyə aid olduğunun mükünlüyünü bildirib.

Xatırladaq ki, Malayziya Hava Yollarına məxsus “Boeng” sərnişin təyyarəsi 2014-cü il martın 8-nə keçən gecə radarlardan itib. Onun parçaları və həlak olmuş sərnişinlərin qalıqları hələ də tapılmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar