Şəhriyar Məmmədyarov erməni şahmatçı ilə yenə heç-heçə edib

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirində bu gün IX turun görüşləri olub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb. Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar.

Bununla da, Məmmədyarov turnirdə 7-ci heç-heçəsini əldə edib. Onun aktivində 2 qələbə də var. Aronyan isə görüşlərindən 1 qələbə, 3 məğlubiyyət və 5 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib - 0,5:0,5.

Turun digər görüşləri:

Fabiano Karuana (ABŞ) - Din Lijen (Çin)

Uesli So (ABŞ) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5

Sergey Karyakin (Rusiya)- Vladimir Kramnik (Rusiya) - 1:0

Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avr

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar