Biləsuvarda baş verən yol qəzasında bir nəfər ölüb - 2 nəfər yaralanıb

Biləsuvarda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb. APA-nın cənub bürosunun məlumatına görə, iki minik maşınının toqquşması nəticəsində yaralanan şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Ölən şəxsin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

Hələlik ölən və yaralanan şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar