Yevlaxda sərxoş kişi öz həmyerlisini qətlə yetirib

Dərc olunub: 21/03/2018 - 00:26

bicaqYevlax rayonunun Xaldan kəndində qətl hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, tanışlar arasında bayram qonaqlığından sonra mübahisə düşüb.

Nəticədə əvvəllər məhkumluq həyatı yaşamış, 1958-ci il təvəllüdlü Xaldan kənd sakini Rzayev Mahir Tahir oğlu sərxoş vəziyyətdə öz tanışı, 1973-cü il təvəllüdlü Birinci Salamabad kənd sakini Yusifov Xəyal Neman oğlunu bıçaqlayıb. Yaralı kəskin qanitirmədən keçinib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.


loading...




Fikrinizi bildirin