Rusiyada dünyanın ən populyar messencerlərindən biri qadağan edilə bilər

Rusiya Ali Məhkəməsi “Telegram” messencerinin qurucusu və sahibi Pavel Durovun Federal Təhlükəsizlik Xidmətinə qarşı iddiasını rədd edib.Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Ali Məhkəmə Durova tövsiyə edib ki, 15 gün ərzində FTX-nin sorğusunu cavablandırsın. Əks halda, “Roskomnadzor” messencerə Rusiya ərazisindən girişi qadağan edə bilər.

Xatırladaq ki, Rusiya qanunvericiliyinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən istənilən messencer və sosial şəbəkə dövlətin sorğusu əsasında yazışmalar və onların müəllifləri barədə zəruri məlumatları təqdim etməlidirlər. Pavel Durov “Telegram” messencerinin tam azad və istifadəçilərinin hüquqlarına hörmətlə yanaşan servis olduğunu bildirərək, bu şərtə əməl etməkdən boyun qaçırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar