Tramp Putinlə görüşmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək niyyətində olduğunu bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd ibn Salmanla görüşündə bildirib. Onun sözlərinə görə, ABŞ və Rusiya arasında silahlanma yarışı, habelə Ukrayna, Suriya və Şimali Koreyadakı vəziyyəti müzakirə etmək məqsədi ilə tezliklə V.Putinlə görüşmək niyyətindədir.

ABŞ prezidenti silahlanma yarışının artıq nəzarətdən çıxdığını qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar