PUTİN İKİ RƏQİBİNƏ VƏZİFƏ TƏKLİF EDİB - Qrudinin nazir, Sobçak qubernator?

Rusiyada növbəti dəfə prezident seçilən Vladimir Putin iki rəqibinə yüksək dövlət vəzifələri təklif edib.

Virtualaz.org “Arqumenti nedeli” həftəliyinə istinadən xəbər verir ki, bu təklif Putinin seçkilərin nəticələrinin açıqlanmasından sonra rəqibləri ilə keçirdiyi görüşdə verilib. Putin seçkinin digər iştirakçıları ilə görüşərək iki saatdan çox onlarla söhbətləşmişdi.

Məlumata görə Putin Kommunist Partiyasının namizədi, Moskvadakı Lenin adına sovxozun direktoru Pavel Qrudininə və teleaparıcı Kseniya Sobçaka yüksək vəzifələr təklif edib. Sobçaka təklif edilib ki, ya prezident kvotası əsasında Federasiya Şurasına üzv olsun, ya da öz qabiliyyətini göstərə bilmək üçün o qədər də uğurlu olmayan regionlardan birinin quberantoru vəzifəsini üzərinə götürsün.

Qrudininə isə kənd təsərrüfatı naziri olmaq təklif edilib. İndiki kənd təsərrüfatı naziri Aleksandr Tkaçev isə istefaya göndəriləcək və ailəsinin kənd təsərrüfatı biznesinə rəhbərlik edəcək. Bildirilir ki, Qrudinin və Sobçak bu təkliflər barədə düşünəcəklərini deyiblər. Onların heç biri informasiyanı şərh etmir.

635x100

Şərhlər

AYDIN DÜŞÜNCƏLİ 2018-03-21 11:04:58

BİR SİYASİ MƏDƏNİYYƏT NÜMUNƏSİ. YƏNİ SEÇKİLƏRİN NƏTİCƏSİNƏ GÖRƏ 2-ci və 3-cü yerlərdə OLAN NAMİZƏDLƏRƏ VƏZİFƏ TƏKLİFİ ONLARIN CƏMİYYƏTDƏ DAHA YAXŞI TANINMASINA ŞƏRAİT YARADAR. PUTİN COX AĞILLI VƏ UZAQGÖRƏN BİR SİYASİ XADİM VƏ DÖVLƏT BAŞÇISIDIR.

Mühəndis B. 2018-03-21 11:04:58

Azsaylı, xüsusilə anti-milli informasiya elementlərinin məxaric siyasi oyunlarının hərbi-sosial qurbanı Böyük Rus xalqı artıq daha bir farsın şahidi oldu. Bu ssenari eyni ilə Kremlin bu respublikasında da oynanılır. Xalqın sayılan yeni 7 namizəd əslində ilk vitse-prezidentin ardıcılları olmaq xəyalətindədirlər. Təşviqatın məzmunu da həmin mərama uyğun, qarşılıqlı sevgi və qısqanclıq zəmnində davam edir.

Son yazılar