İraqdan Ərdoğanın çağırışına cavab: Hazırıq!

Həmsərhəd bölgələrdə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Türkiyə ilə əməkdaşlığa hazırıq.Axar.az xəbər verir ki, bunu İraq Ədliyyə naziri Heydər Zamlı Türkiyənin İraqdakı səfiri Fatih Yıldızla görüşü zamanı deyib.

Görüş zamanı Fatih Yıldız Türkiyə-Suriya və Türkiyə-İraq sərhədlərində terror qruplarının yerləşdiyini bildirərək, Türkiyənin İraqla əməkdaşlığı çərçivəsində sərhədləri terrorçulardan təmizləmək üçün hərbi əməliyyatların başladıldığını bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda antiterror əməliyyatlarına başlamağa hazır olduqlarını bəyan edib. O bildirib ki, Türkiyə Sincarın Qəndilə çevrilməsinə imkan verməyəcək: "Bununla bağlı Bağdadı xəbərdar etmişik. Ya bu məsələni Bağdad həll edəcək, ya da Bağdadın gücü çatmırsa, Türkiyə ordusu istənilən an Sincarda əməliyyatlara başlaya bilər".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar