Sarkozi yenidən ifadə verir

sarkozi4_173Liviya hakimiyyəti tərəfindən 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün dünən saxlan Fransanın sabiq prezidenti Nikola Sarkozi ötən gecəni Parisdə evində keçirib.

APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 08.00-da N. Sarkozi yenidən ifadə vermək üçün yenidən Nanter şəhərində yerləşən Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə üzrə Mərkəzi İdarəyə gəlib.

Fransa qanunvericiliyinə əsasən, N. Sarkozi 48 saata qədər saxlana bilər. Bu müddətdən sonra isə ya ona qarşı ittiham irəli sürülməli, ya da ittiham irəli sürülmədən azadlığa buraxılmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar