Lənkəranda qaynatasını bıçaqlayan şəxs saxlanılıb

Dərc olunub: 21/03/2018 - 14:45

bicaqÖtən gecə Lənkəranda qaynatasını bıçaqlayan şəxs saxlanılıb.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran şəhərində törədilən bıçaqlanma hadisəsinin qohumlar arasında baş verdiyi məlum olub.

Belə ki, Anar Mahmudov küçəsində yaşayan 1966-cı il təvəllüdlü Əmənov Şirzad Əlihüseyn oğlu övladları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Çoxlu qan itirən Ş.Əmənov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin olaraq hadisənin naməlum şəxs tərəfindən törədildiyi söylənilsə də, ilkin istintaq zamanı cinayəti Ş.Əmənovun kürəkəninin törətdiyi üzə çıxıb. Qohumlar arasında baş verən münaqişə kürəkənin qaynatanı bıçaqlaması ilə nəticələnib.

Qeyd edək ki, hadisə ötən gecə, saat iki radələrində, şərti olaraq “RayPo” adlanan yaşayış massivində qeydə alınıb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən Ş.Əmənovun vəziyyəti isə ağır olaraq qalır.

Təfərrüatlar açıqlanmasa da, hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin