İsmayıllı sakini kustar tüfəngin partlaması nəticəsində xəsarət alıb

Dərc olunub: 21/03/2018 - 17:25

ov-tufengiİsmayıllı rayon sakini kustar üsulla hazırlanan tüfəngin partlaması nəticəsində ağır xəsarət alıb.APA-nın yerli bürosunun xəbərinə görə hadisə ötən gecə Lahıc qəsəbəsində keçirilən bayram şənliyi zamanı qeydə alınıb.

Rayonun Ərəgit kənd sakini, 1988-ci il təvəllüdlü Tağıyev Tərlan Məmməd oğlu Lahıc qəsəbəsində bayram tədbiri zamanı kustar üsulla hazırladığı “Dayandoldurum” adlandırılan ov tüfənginə barıt və qırmanı dolduraraq havaya atəş açmaq istəyərkən ehtiyatsızlıq edib və tüfəng onun əlində partlayıb. Qaynaq yerindən partlayan tüfəng Tərlan Tağıyevin əl və üz nahiyəsindən ağır xəsarət almasına səbəb olub. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.








loading...


Fikrinizi bildirin