Türkiyədən Azərbaycana gətirilən külli miqdarda dərman və narkotik aşkarlanıb

Tovuz Gömrük İdarəsinin "Sınıq-Körpü" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, Türkiyə Respublikasının vətəndaşı Yücel Güngördü Ali oğlunun idarə etdiyi "Mersedes Benz Travego" markalı, 37LJ257 nömrə nişanlı sərnişin avtobusunda içərisində suvenir şam şəklində predmetlər olan bir ədəd çantaya piyada idxal xəttində quraşdırılmış "HEİMAN X-ray" markalı rentgen qurğusunda baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı predmetin içərisində dərman preparatları olduğu müəyyən edilib.

Çantaya təkrar baxış zamanı suvenir şam şəklində olan əşyaların içərisində 2510 ədəd kapsul şəklində, üzərində "Lyrica 300mg" yazısı olan dərman preparatları və 2 ədəd kiçik ölçülü şəffaf rəngdə sellofan bağlamada ümumi çəkisi 169 qram olan, kristal şəklində narkotik vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar