Qüdrət Həsənquliyevin nümayəndəsi - “Bir sıra versiyalar var”

Martın 19-dan etibarən Azərbaycanda aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin təşviqatı başlayıb. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış, yəni aprelin 10-u, saat 08:00-da dayandırılır.

Prezidentliyə namizəd, Milli Məclisin deputatı, Bütün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli Modern.az saytına bu mərhələdə görüləcək işlərdən danışıb:

"Təşviqat mərhələsi ilə bağlı partiyanın seçki qərargahında müzakirələr aparılır. Yəqin ki, rayon təşkilatları ilə də bu istiqamətdə danışıqlar olacaq. Hansı bölgələrdən başlamalı olduğumuz müəyyən edilməlidir. Güman ki, yaxın bir-iki gün ərzində tam siyahı bəlli olacaq".

E.Mirzəbəyli qeyd edib ki, təşviqat mərhələsində böyük meydanlarda görüş nəzərdə tutulub:

"Lakin bütün bunlar müzakirələrdən sonra açıqlanacaq. Mən öncədən məlumat vermək səlahiyyətinə malik deyiləm. Sadəcə olaraq bir sıra versiyalar var. Yekun qərar qəbul olunmayıb".

Müsahibimiz deyib ki, aparılan kampaniya kifayət qədər maddi vəsait tələb edir: "Bu istiqamətdə problemlərin həllinə nail olmuşuq. Amma bundan sonrakı prosesdə maddi imkanlar yəqin ki, verilən dəstəkdən asılı olacaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar