Ərdoğan Trampa çağırış edib

"Biz bu yola baş qoyduq, kimin cəsarəti varsa, meydana çıxsın"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Suriyanın Menbic bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcəyini bəyan edib. APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan PYD/YPG terrorçularının və ABŞ əsgərlərinin Menbicdən çıxmayacağı barədə ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin bəyanatına sərt reaksiya verib.

Türkiyə prezidenti bildirib ki, ABŞ əsgərlərinin ümumiyyətlə, Menbicə olmağa haqqı yoxdur: ABŞ-ın əsgərlərinin Menbicdən çıxmayacağını bəyan edirlər. ABŞ-ın Menbicdən çıxmağı bir kənara, ABŞ-ın ümumiyyətlə, orada olmağa haqqı yoxdur? 11-12 min kilometrdən bura niyə gəlirsən? Bu torpaqlar sənindir? Bu torpaqlarla nə əlaqən var? ABŞ o torpaqlara PYD/YPG terrorçularını yerləşdirib, oradan ərəbləri qovdu. Türkiyə Menbic başda olmaqla, sərhədində terror təhdidi aradan qaldırılana qədər dayanmayacaq. Biz bu yola baş qoyduq. Kimin cəsarəti varsa, buyursun, meydana çıxsın. Mən artıq ABŞ prezidenti Donald Trampdan həddini aşan bu bəyanatların qarşısını kəsməsini gözləyirəm. Medianın kölgəsində verilən bəyanatlarla biz bu işi apara bilmərik".

635x100

Şərhlər

aicos 2018-03-21 20:18:20

Cənab,Ərdoğan! Sizin planlaşdırdığınız, Menbicdə yerüstü hərbi əməliyyatların keçirilməsi Türk ordusunun nüfuzunu daha da yüksək səviyyəyə qaldıracaq. Siz narahat olmayın, yerüstü hərbi əməliyyatı dedikdə, Pentaqonun gözünün önünə Vyetnamdakı, uğursuz, yerüstü, hərbi əməliyyatları gəlir.Türk ordusu Menbicə daxil olan kimi, Pentaqonun ordusu oradan qaçacaq və qabağa PYD/YPG-ni verəcəklər. PYD/YPG-nin qabağını isə Türk ordusu asanlıqla ala biləcək.

Son yazılar