TÜRKİYƏDƏ BİR DÖVR SONA ÇATDI: "Doğan Media Qrup" satıldı

Türkiyənin ən böyük media holdinqi olan "Doğan Media Qrup" satılıb. Bu barədə xəbəri "Sözcü" qəzeti yayıb. Qəzet Aydın Doğan öz media holdinqini Ərdoğan Dəmirörənə satdığını bildirib. "Dəmirörən Qrupu" bu satınalmadan sonra Türkiyənin ən böyük media holdinqi olub. Aydın Doğanın öz media holdinqini 1,2 milyard dollara satdığı vurğulanıb.

Qeyd edək ki, Doğan media holdinqin tərkibində "Posta", "Hürriyet", "Fanatik" qəzetləri, "CNN Türk", "Kanal D" televiziyaları var. Aydın Doğan 2011-ci ildə Dəmirörənlərə "Vətən" və "Milliyət" qəzetlərini satmışdı.

Türkiyə mediası bu satışın təkcə Dəmirörən ailəsinin maliyyəsi əsasında gerçəkləşmədiyini iddia edib. Mətbuatın fikrincə, Aydın Doğanın media holdinqini almaq üçün bu ailəyə hansısa başqa gizli əl də yardım edib.

"AzPolitika.info"nun məlumatına görə, "Dəmirörən Qrupu"un rəhbərliyində təmsil olunan bir yetkili "Röyter"ın sorğusuna cavab olaraq bildirib ki, “Doğan Media Qrupu’nu almaq üçün uzun müddət idi danışıqlar aparılırdı: "Müəyyən razılığa gəlindi və müqavilə imzalandı. Doğan Qrupun bu axşam açıklama yayması gözlənilir".

Qeyd edək ki, "Dəmirörən Qrupu"un "Doğan Media Qrup"nu satın almasından sonra "Doğan Holdinq"in ve "Hürriyet" qəzetinin səhmləri sürətlə artıb. BIST 100-de ən çox qazandıran 10 şirkətdən 6-sı Doğan Qrupunun şirkətləri olub.

Onu da vurğulayaq ki, "Doğan Media Qrup"un rəhbəri Aydın Doğan uzun illər Türkiyədə siyasəti yönəldən, siyasətçiləri özü ilə hesablaşmağa məcbur edən bir şəxs kimi tanınıb. Təsadüfü deyil ki, onu "hökumətlər yıxıb, hökumətlər quran"  şəxs adlandırırdılar.  

Qərbin bəzi maliyyə-hərbi gücləri ilə yaxın münasibətdə olan Aydın Doğan onların sifarişilə əlindəki güclü media qurumlarını Türkiyənin ictimai- siyasi xadimlərini şantaj vasitəsinə çevirmişdi. Qərbin Türkiyəni öz nəzarətlərində saxlamağa çalışan, iqtisadi, hərbi yüksəlişini buxovlayan dairələrinin mənafeyinə uyğun olaraq milli maraqlara xidmət edən hökumətlərə, siyasi xadimlərə qarşı qaralama kampaniuyası aparırdı. Onun vasitəsilə hərbiçilər hökuməti ələ keçiriməyə təşviq edilir, ictimai rəy Türkiyədə baş verən hərbi çevrilişlərə hazırlanırdı. Ona görə də Türkiyədə qurulan hökumətlərin rəhbərləri ilk olaraq Aydın Doğanın "xeyir-duasını" almağa çalışırdılar.

AK Partiya Türkiyədə hökumətə gəldikdən sonra Aydın Doğanın "qara günləri" başladı. R.T. Ərdoğanın milli maraqlarda heç kimə güzəşt etməməsi, nə Qərbin maliyyə-hərbi güclərinin, nə də onların tətikçisi olan Doğanın əlindəki medianın şantajlarına boyun əyməməsi AK Partiya hökumətlərini  "Doğan Media Qrup"unun hədəfinə gətirdi. "Doğan Media Qrup"u Ərdoğan və ətrafına qarşı uzun illər qaralama kanpaniyaları apardı, AK Partiya hökumətlərini devirmək üçün aparılan bütün işlərə, hərakatlara dəstək verdi. Ancaq Ərdoğanın getdikcə güclənməsi,  hər seçkidə əvvəlkindən daha çox səs alması və zaman-zaman Aydın Doğanın iç üzünü açıb millətə göstərməsi "Doğan Media Qrup"nun gücünü itirməsinə səbəb oldu.  Son illərdə "Doğan Media Qrup"u Türkiyənin siyasi həyatına təsirini böyük ölçüdə itirmişdi. Ona görə də Aydın Doğanın bu media qurluşlarını satması gözləniləndi. Çünki artıq Türkiyədə Aydın Doğanların dövrü başa çatıb... 

Rasim

AzPolitika.info

635x100

Şərhlər

obivatel 2018-03-21 20:39:17

Nəsə düz gəlmir, Rasim müəllim! 15 iyun qiyamında Ərdoğanı ilk canlı efirə çıxaran və xalqa müraciətini yayan CNN Türk olmuşdu...

Son yazılar