“Rusiya ilə əlaqələri yaxşılaşdırmaq lazımdır” – Tramp

Dərc olunub: 21/03/2018 - 23:27

donald-trampABŞ prezidenti Donald Tramp Rusiya ilə əlaqələrin yenidən bərpa olunmasını istədiyini bildirib. Tramp onu Rusiya prezidenti Vladimir Putini yenidən prezident seçilməsi münasibəti ilə təbrik etmək əvəzinə tənqid etməyə çağıran KİV-lərlə razılaşmayıb. ABŞ liderinin sözlərinə görə, Rusiya ilə digər ölkələr ilə olduğu kimi yola getmək lazımdır.

“Mən Putinə onu təbrik etməyə görə zəng etdim. Əvvəllər Obama da ona zəng edib. Bəzi yalançı KİV-lər buna görə az qala ağıllarını itiriblər, çünki onlar istərdilər ki, mən Putini tənqid atəşinə tutum. Lakin, onlar düz etmirlər. Rusiya ilə digər ölkərlə olduğu kimi yola getmək pis deyil, yaxşı bir haldı”, – deyə Tramp öz tvitter səhifəsində yazıb.


loading...




Fikrinizi bildirin