Peskov Lavrovun istefası barədəki xəbərləri möhtəkirlik adlandırıb 

dmitry-peskov_0«Gəlin, Sergey Viktoroviçi ad günü münasibəti ilə təbrik edək və möhtəkirliyə fikir verməyək».  «AzPolitika.info»-nun verdiyi xəbərə görə, bunu Rusiyanın xarici iər naziri Sergey Lavrovun guya, öz postundan gedəcəyi barədə KİV-in yaydığı xəbəri şərh edən  dövlət başçısının mətbuat katibi Dmitri Peskov «RİA Novosti» agentliyinə bildirib.

Bundan əvvəl «RTV 1» telekanalı bir neçə mənbəyə istinadla xəbər vermişdi ki, Sergey Lavrov artıq «yorulduğu» səbəbilə, yeni hökumətin tərkibinə daxil olmayacaq. O, 2004-cü ildən nazir postunda çalışır.

Çərşnbə günü Lavrovun 68 yaşı tamam olub. O, ad gününü səfərdə olduğu Tokioda qarşılayıb.

Bazar günü isə Vladimir Putin bildirib ki, hökumətdəki yerdəyişmələrə yalnız inauqurasiyadan sonra başlanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar