Suriyada hərbi qələbə Türkiyədə erkən seçkilər haqda ehtimalları gücləndirir

Dərc olunub: 21/03/2018 - 23:34

9e7cb8c6c88264bf53a1512d61a34290Türkiyənin Suriyada YPG kürd militantları üzərində qətiyyətli qələbə əldə etməsindən sonra ölkədə erkən seçkilərin keçirilə bilməsi ilə bağlı ehtimallar artır.

Bazar günü Suriyanın strateji Afrin şəhərinin nəzarətinin YPG-dən alınması Türkiyədə Şəhidlər gününə təsadüf edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya kampaniyasını Türkiyədə müstəqillik uğrunda müharibədən sonra ən mühüm hərbi kampaniya adlandırıb.

Ankara YPG-ni Türkiyədə uzun illərdir üsyana qalxmış kürd militantları ilə əlaqəsi olan terrorçular adlandırır. Ərdoğanın siyasi mesajı birbaşa, ya da dolayısı ilə hökumətin nəzarətində olan media tərəfindən izlənilir.

“Suriya əməliyyatı onun siyasi mövqeyini möhkəmlədib. Artıq seçkilərin erkən keçirilməsi müzakirə edilir. Fikrimcə, bu müzakirələr daha da intensivləşəcək və Ərdoğan və onun siyasi müşavirləri işi isti-isti görməyə çalışacaqlar”, Al Monitor veb səhifəsinin siyasi şərhçisi Semih İdiz deyir.

Türkiyədə ümumi və prezident seçkiləri 2019-cu ildə keçirilməlidir.

Tənqidçilər Ərodoğanı seçkilərdə qələbə əldə etmək məqsədilə zəmin hazırlamaq üçün Suriyada hərbi kampaniyanı bilərəkdən təşkil etməkdə günahlandırır. Ərdoğan bu ittihamları qəti şəkildə rədd edir. O, erkən seçkilərin keçirilməsi haqda mülahizələri dəfələrlə rədd edərək, seçkilərin təyin edildiyi kimi 2019-cu ilin noyabrında keçiriləcəyini bildirib. Baş nazir, sonra isə prezident kimi hakimiyyətdə olduğu 15 il ərzində Ərdoğan heç vaxt erkən seçkliər keçirməyib.

“Mən Ərdoğanın erkən seçkilər keçirmək istədiyini düşünmürəm. Ərdoğan iki fərziyyə əsasında hərəkət edir. Suriya kürd militantlarının sərhəddən kənarlaşdırılması ona səsvermədə üstünlük verəcək və o fikirləşir ki, iqtisadiyyatı maliyyə baxıından daha çox stimullaşdırmaqla o, seçicilərin istəklərini təmin edə bilər”, Qlobal Mənbə Tərəfdaşları mərkəzinin siyasi təhlilçisi Atilla Yeşilada bildirib.

Təhllçilər eyni zamanda bildirir ki, Suriyada hərbi əməliyyatlara ictimaiyyət arasında geniş dəstəyin olmasına baxmayaraq, rəy sorğuları bunun seçkilərdə Ərdoğanın özü və APK üçün üstünlüyə nə dərəcədə təsir edəcə biləcəyi haqda qarışıq nəticələr göstərir. Bu, onların fikrincə, Ərdoğan qarşısında əsas dilemmadır (“Amerikanın səsi”).








loading...


Fikrinizi bildirin