«Britaniya kimyəvi silah ehtiyatlarına malikdir» - Ekspert şərh edir

britaniya«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Moskva Dölət Beynəlxalq Əlaqələr İnstitutunun (MDBƏİ) nəzdindəki hərbi-siyasi araşdırmalar Mərkəzinin direktoru Aleksey Podberezkin bəyan edib ki, Britaniya kimyəv silah ehtiyatlarına və onların istehsalı üçün laboratoriyalara malikdir.

Bundan əvvəl Rusiya Federasiyası Silahlı Qüvvələrinin (RF SQ) radioaktiv, kimyəvi və bioloji silahlardan müdafiə üzrə ordu bölmələrinin rəisi İqor Kirillov bəyan eib ki, Britaniyanın Porton-Laune hərbi-elmi-texniki laboratoriyasına 50 milyon funt-strelinq maliyyə vəsaiti ayrılması məsələsi Rusiyada müəyyən şübhələr doğurur.

«Bu mərkəzin ətrafında çoxsaylı çirli tarixçələr dolaşır. Bütün bunlara əlavə olaraq, Böyük Britaniya özünə nəinki laboratoriyalar, həm də kimyəvi silah ehtiyatı saxlanıb» - deyə, Podberezkin bildirib.

Bazar ertəsi məlum olub ki, Rusiyalı ekspertlər Britaniyaya gəliblər və bunada Porton-Daunedəki hərbi elmi-texniki laboratoriyanın rəhbərliyi ilə görüşəcəklər. Onlar Skripal və qızının zəhərləndiyi maddənin nümunələrini yoxlamaq üçün əldə etmək məsələsini Britaniyalılarla müakirə edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar