Qubada yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin saytından bildirilir ki, Quba rayonu, Amsar kəndində yerləşən istirahət mərkəzinin ərazisində ümumi sahəsi 96 m2 olan tikilinin yanar konstruksiyaları, o cümlədən dam örtüyü ümumilikdə 62 m2 sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alovun qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.