PUTİNİN ÜZƏRİNƏ DÜŞƏN AĞIR YÜK – Yenidən seçilmiş prezident nələrə nail olmalıdır?

Dərc olunub: 22/03/2018 - 10:48

vladimir-putin

“Putinin ölkə daxilindəki yüksək populyarlığını nəzərə alan analitiklər, onun yenidən prezident seçilməsini gözlənilməz bir şey hesab etmirlər.Amma yenidən prezident postunda oturan Putinin qarşısında dayanan ən ciddi məsələlər maraq doğurur”.  “AzPolitika.info”nun məlumatına görə, bu barədə Çinin “China News” nəşrində gedən məqalədə məlumat verilib. Yazıda daha sonra birilir:

“Bundan sonra o, ABŞ və digər Qərb ölkələri ilə münasibətləri necə yoluna qoyacaq? Bəs, inkişaf perspektivində Rusiya–Çin münasibətləri hansı səviyyədə olacaq?

- Xeyli irəlidə: seçicilərin 70%-dən çoxu Putinə səs veriblər

Rusiya Mərkəzi Seçki Kommissiyasının son nəticəsinə görə, Putin 76 faizdən çox səs alıb ki, bu da onun digər yeddi namizədi xeyli geridə qoymasına imkan verib. Putinin yenidən seçilməsi Rusiyada geniş əks–səda yaradıb. Seçkilərə qədər həyata keçirilən bir sıra sorğularda rəyi soruşulanların 70 faizə qədəri Putinin yenidən prezident olması istəklərini ifadə ediblər.

rusiya

18 mart axşamı Putin mətbuat konfransında seçicilərə öz minnətdarlığını bildirib: “Kim ki, bu gün səs verib, onların hamısı bizim böyük ümummilli komandamızdır… Mən ən azından bunda son illər çox ağır şərtlər altında edilənlərin etiraf olunmasını görürəm. Mən bunda etimad və ümid görürəm. Bizi uğurların gözləməsi barəsində insanların ümidini görürəm”.
Analitiklər hesab edirlər ki, xalqın bu cür dəstəyi Putinin daxili, iqtisadi-ticarət və xarici siyasətdə əldə etdiyi uğurlara söykənir.
Çinin Beynəlxalq araşdırmalar institutunun Avropa departamentinin rəhbəri Çuy Hunzyan “Chinanews” müxbirinin sullarına cavab verərkən qeyd edib ki, Putin hakimiyyətdə olduğu dövrdə ölkədə siyasi sabitlik təmin edilib ki, bu da Rusiya vətəndaşlarının böyük gözləntilərinə uyğun gəlib. Qərbin sanksiyalarına baxmayaraq Rusiyada son illərdəki iqtisadi vəziyyət daha nikbindir. Putin iqtisadiyyatda modernləşdirmə, ”Şərqə doğru yönəlmək” ideyasını irəli sürdü ki, bu da iqtisadiyyatı bir qədər yaxşılaşdırdı.
Çuy Hunzyan bildirib ki, Putin xarici siyasətdə də kifayət qədər uğur əldə edib. Ukrayna böhranının Qərblə münasibətləri pisləşdirməsinə bxmayaraq, rus diplomatları “böyük dövlət” məqsədini həyata keçirməyə müyəssər olublar. Yuxarıda qeyd olunalardan başqa Putinin qələbəsinin daha bir mühüm səbəbi, əksər analitiklərin hesab etdiyi kimi, Rusiyada Putinə qarşı layiqli rəqibin olmamasından qaynaqlanır.

- Putin üçün başlıca çətinlik xalqın rifahının yaxşılaşdırılmasıdır

Putinin prezidentliyinin yeni müddətində inkişaf perspektivlərini dəyərləndirən mütəxəssislər hesab edirlər ki, prezidentin qarşısında dayanacaq başlıca məsələ xalqın rifahı olcaq. Sözsüz ki, bu faktor xarici siyasətə təsir edə bilər. Putin ilk növbədə elə etməlidir ki, Rusiyanın beynəlxalq vəziyyətinin qorunub saxlanılması iqtisadiyyatın böyüməsinə və həyat şəraitinin yaxşılaşmasına mənfi təsir göstərməsin.
Onu da deyək ki, Rusiya iqtisadiyyatı 2014-cü ildən 2016-cı ilədək çöküşdə olub, lakin 2017-ci ildə zəif də olsa böyümə göstərib. O ki qaldı rifah səviyyəsinə, əhalinin real gəliri bu müddət ərzində yüksəlməyib. Hal-hazırda Rusiya iqtisadiyyatına böyük zərbəni Qərb sanksiyaları vurur.
Yaxın zamanlarda keçirilən ictimai rəy sorğusunda iştirak edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti bu fikirdədir ki, Putin əsas etibarı ilə Rusiyanın beynəlxalq nüfuzunun qaldırılması, terror təhlükəsinin azaldılması və dünyada sülhün qorunması kimi problemlərin həll edilməsinə daha çox vaxt ayırır. Amma əhalinin aztəminatlı təbəqəsinin nümayəndələri onların həyat şəraitinin və rifah səviyyələrinin yüksəldiləcəyinə ümid bəsləyirlər.
maxresdefault

Çuy Hunçzyan hesab edir ki, əgər Putin sabitliyə can atırsa, onda o, resursların bölünməsi və rifahın yüksəldilməsi problemlərini həll etməlidir. Çünki bunlar ilk növbədə iqtisadi böyümə ilə əlaqədardır. Çünki iqtisadiyyat böyümədən rifahın yüksəldilməsi təmin oluna bilməz.

- Qərblə münasibətlərdə hansı yolu seçməli?

Mütəxəssislər hesab edirlər ki, irəliləyiş əldə olunması çox çətin olacaq. Putin 2012-ci ildən 2018-ci ilədək prezident olduğu zaman Rusiya Ukrayna böhranına və Krım məsələsinə görə Qərb sanksiyaları ilə üzləşdi. O ki qaldı Rusiya-Amerika münasibətlərinə, buradakı mübahisə rusların ABŞ seçkilərinə “müdaxilə etməsi” qalmaqalı səbəbindən bitmək bilmir. Rusiyadakı seçkilər ərəfəsində Moskva Skripal məsələsi ucbatından Böyük Britaniya, Fransa, Almaniya və ABŞ tərəfindən kəskin tənqidlərə məruz qalır.
Rusiya ilə Qərb arasındakı ziddiyyətlər dərin köklər atıb və indi onların münasibətlərində geriləmə yaşanır. Ekspertlər deyirlər ki, Putinin yeni prezidentlik müddəti ərzində yaranmış mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq olduqca müşkül olacaq, lakin Putin əlaqələrin yaxşılaşdırılmasına cəhd göstərəcək.
Rusiya ilə Qərb arasındakı münasibətlərin pisləşməsinə gətirib çıxarmış bəzi problemləri qısa müddət ərzində həll etmək mümkün deyil. Məsələn, Krım məsələsində tərəflər kompromisə getməyəcəklər.
Geosiyasi münaqişələrdə, qlobal strateji sferadakı ziddiyyətlər artıq daxili siyasətdə də öz əksini tapır. Struktur ziddiyyətlərinin qısa müddətdə həll olunması mürəkkəb görünür. Amma mütəxəssislər də qeyd edirlər ki, bəzi sferalarda Rusiya Qərblə əməkdaşlıq üçün imkanlar tapa bilər. Çuy Hunzyan deyib: ”Bir tərəfdən öz məqsədlərin uğrunda mübarizə aparmaq lazımdır, lakin bütün sferalardakı münasibətləri yırtıb atmaq olmaz. Bu Rusiya üçün əlverişli deyil”.
Rusiya ilə Çin arasındakı sabitlik isə saxlanılır və bəlkə də bu yeni inkişaf mərhələsinə adlayacaq. Belə hesab olunur ki, Putinin yenidən seçilməsi əlaqələrdəki ardıcıllığın və yüksəlişin şübhəsiz təminatçısıdır. Son bir neçə ildir ki, Rusiya və Çin arasında yaxşı qarşılıqlı etimad yaranıb.

rusiya-cin

Putinin keçmiş prezidentlik müddətində Rusiya-Çin münasibətlərindəki hərtərəfli əməkdaşlıq və strateji qarşılıqlı fəaliyyət öz tarixinin ən yüksək inkişaf səviyyəsinə çatıb. Fedreal Məclisə ünvanladığı müraciətində Putin Rusiya-Çin əlaqələrini nümunəvi adlandırıb.
2017-ci ildə Rusiya və Çinin “hərtərəfli əməkdaşlıq və strateji qarşılıqlı fəaliyyətlərin dərinləşməsi” barəsində müştərək bəyanat səsləndirmələri ölkələr arasındakı əlaqələrin yeni inkişaf mərhələsinə çıxdığını göstərir.
Analitiklər hesab edirlər ki, Putin həmişə Çinlə əlaqələrin aktiv inkişaf etdirilməsi siyasətinin tərəfdarı olub. İndiki prezidentlik müddətindən əvvəl iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatdırılması onun xarici siyasətinin strateji dayağı olub. 2014-cü ildə Rusiyanın “Şərqə doğru çevrilmə” strategiyası Çinin ”Bir zolaq, bir yol” təşəbbüsü ilə yaxşı uzlaşma təşkil edir.
Lakin Çuy Hunzyan düşünür ki, Rusiya–Çin münasibətlərinə qarşı duranlar var. Məsələn, beynəlxalq vəziyyətin nəzərəçarpacaq şəkildə dəyişilməsi və həmçinin də bəzi ölkələrin təhlükəsizlik, ticarət və iqtisadi sferada özünü qorumaq məqsədiylə yürütdüyü siyasət buna bariz nümunədir.
İki ölkə münasibətlərinin gələcəkdə qarşılaşacağı problemlər onlar üçün sınaq və daha da yüksəlmək üçün imkan olacaq. Bütün bunların hamısı Çin və Rusiya münasibətlərini möhkəmləndirə bilər”.

Tərcümə etdi: Vaqif Nəsibov
AzPolitika.info


loading...




Fikrinizi bildirin