«Mənbic məsələsində Ankara və Vaşinqton anlaşmaya çatdı» - Türkiyə XİN

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Mənbic məsələsində Ankara və Vaşinqton anlaşmaya çatıb. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında bəyan edib. Mətbuat konfransı «Habertürk» telekanalı ilə yayımlanıb.

«Biz, demədik ki, razılığı gəldik. Biz, xəbər verdik ki, aramızda anlaşma oldu. Biz, o zaman sazişdən danışa bilərik ki, işçi qruplarımız «yol xəritəsi»ni razılaşdırmış olsunlar» - deyə, nazir məsələyə aydınlıq gətirib.

Çavuşoğlunun sözlərinə görə, məsələ təkcə Mənbiclə və oradan terrorçuların çıx(arıl)ması ilə bitməyəcək. Mənbicdən sonra növbə digər şəhərlərə çatacaq.

Hazırda Türkiyə tərəfi Suriyanın şimalında «Suriya xalq qüvvələri»nə (SXQ) və «Demokratik ittifaq» (Dİ) partiyasının dəstələrinə qarşı «Zeytun budağı» əməliyyatı aparır. Ancaq bundan əvvəl Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan aprtıq bir neçə dəfə bəyan edib ki, bu əməliyyat Mənbicə də tətbiq oluna bilər. Nədən ki, bu ərazi də «Suriya Demokratik qüvvələri»nin («Suriya xalq qüvvələri» də onun tərkibinə daxildir) nəzarəti altındadır. Odur ki, öz hərbi qüvələrini Mənbicdən çıxarmağı Türkiyə Prezidenti ABŞ-a israrla məsləhət görüb.

Türkiyə tərəfi ABŞ-;n Suriyalı kürdləri dəstəkləməsindən narazı qaldığıqı gizlətmir. Türkiyə hesab edir ki, ABŞ «Suriya xalq qüvvələri»nə (SXQ) silah verməkdə səhv edir. Türkiyə, SXQ-ni terrorçu «Kürd fəhlə partiyası»nın (PKK) bir qolu hesab edir və ehtiyatlanır ki, onlar əldə etdirləri ABŞ silahlarını Türkiyəyə qarşı çevirə bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar