Ronaldinyo siyasi fəaliyyətə başlayıb

Dərc olunub: 22/03/2018 - 10:20

ronaldinyoBraziliyalı məşhur futbolçu Ronaldinyo siyasətə qoşulub.

“Report” “Sport.es” saytın istinadən xəbər verir ki, 38 yaşlı veteran idmançı vətənində Respublika Partiyasının sıralarına daxil olub.

Bu partiyanın üzvləri ultrakonservativ baxışları ilə seçilirlər və ənənəvi ailə dəyərlərinin qorunub saxlanmasının tərəfdarıdırlar. Partiyaın lideri Rio-de-Janeyronun meri Marselo Krivelladır.

Ronaldinyo artıq növbəti parlament seçkilərində namizədliyini irəli sürə bilər.

Qeyd edək ki, Braziliya yığmasının sabiq üzvü olan Ronaldinyo karyerası ərzində Fransanın PSJ, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” kimi tanınmış klublarının formasını geyinib. O, bu ilin yanvarında peşəkar karyerasını başa vurub.


loading...




Fikrinizi bildirin