PREZİDENTLİYƏ NAMİZƏDLƏR HÖKUMƏTİ HƏDƏFƏ ALDI -"Yığdıqlarını qaytaracağıq..." + VİDEO

Martın 20-də İctimai Televiziyada 11 aprel Prezident seçkilərində iştirak edən namizədlərin ikinci debatı baş tutub. İkinci debatın mövzusu regionların sosial-iqtisadi inkişafı olub.

“AzPolitika.info”nun məlumatına görə, ikinci debatda namizədlərin əksəriyyəti hökuməti kəskin tənqid edib. Birinci debatdan  fərqli olaraq bu dəfə  namizədlərin heç biri çıxışlarında əxlaqdan və tərbiyədənkənar sözlər işlətməyiblər. Düzdür, prezidentliyə namizədlər Razi Nurullayev, Araz Əlizadə kimi ara-sıra məzmunsuz, mövzuya heç bir aidiyyatı olmayan mənasız fikirlər səsləndirənlər də olub.

Ancaq əksəriyyət mövcud hökumətin fəaliyətini kəskin tənqid edib, regionlarda böyük problemlərin olduğunu, icra başçısılarının sahibkarları incitdiyini bildiriblər.

“AzPolitika” ikinci debatın videoyazısını təqdim edir:

635x100

Şərhlər

Namizədlərə məsləhət 2018-03-22 14:04:29

Prezidentliyə namizədlər öz platformalarından,hazıda buraxılan yanlışlıqların aradan qaldırılması yollarından ,ölkədə daxili və xarici siyasətin düzgün quracaqlarından millətə elan etmək əvəzinə prezident seçkisinə aid olmayan mövzularla milləti yorurlar.Bəllidir ki, yeni seçkidən sonra Nazirlər kabinəsi yenidən qurulur.Buna görə nazirıəri tənqid etməyin mənası avtomatik olaraq mənasını itirmiş sayılır.Ona görə bu debatda ayrı-ayrı nazirdən danışıb vaxt itirmək mənasızdır.

Məhəmməd 2018-03-22 14:04:29

Araz,Razi neynəsin ?Onları orada oturdanlar qoy yazıb onlara versinlər ki,nə danışsınlar.Hamı gözəl bilir ki,onlardan prezident olmaz!Bəs belə bir halda onları namizədliyə yazanlar niyə ortaya çıxarılıb məsuliyyətsizliklərini boyunlarına almırlar? Məgər həqiqətən layiqli şəxsiyyətlər ölkədə yodur?

DEPUTAYLIĞA YOX... 2018-03-22 14:04:29

PREZİDENTLİYƏ NAMİZƏD... 15-00 DƏQİQƏ

sual 2018-03-22 14:04:29

bu binavalar nə ucun bəs msk tərəfindən seckiyə buraxilib? bas naziri hədəfə almaq ucun dəyilmi?

Bashirov Qarib 2018-03-22 14:04:29

Ele bil hokumet bashcisinin sechkisidir, hami onu tenqid edir.

Mühəndis 2018-03-22 14:04:29

Bu debatdan belə başa düşülürki, bunlar bir ağızdan korrupsiyalaşmış nazirlərin,icra başçılarının,hüquq mühafizə orqanları rəhbərlərinin millətin,xalqın qanını içməyindən danışırlar.Amma demirlər ki,bunların kim arxasında dayanıb.....Xalq bunları necə "alqışladığını" hər halda yaxşı başa düşürlər.Amma belələrinə yaxşı ad da qoyublar...

Nadir 2018-03-22 14:04:29

Bismillahir-Rəhmanir-Rəhim. Cənab Hafiz Hacıyevin çıxışında çox məraqlı məsələrə toxunub.düz deyir bəzi nazirlər və məmurlar özlərini "BURDA MƏNƏM, BAGDADDA KORXƏLİFƏ" aprılar.Onlar vətəndaşları nəyinki, qəbul etmirlər, hətda yazdıqları məktubları oxumurlar.Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və strukturlarında vətəndaşlara qarşı olan süründürməçilik, saxtakarlıq və laqeyidlikdir haqında HĞRMƏTLİ S.MÜSLÜMOVA,bir təqaütçi kimi 11 ayda dəfələrlə müraciət etməyimə baxmayaraq qaldırılan suallara cavab ala bilməmişəm. Belə nazirlik oar? Vallah onların Iinadkarlığına təəccüb edirəm.Düz deyirlər "iLAN ULDUZ GORMƏSƏ, ÖLMƏZ".Vaallah bunların məharətinə mat-məəttəl qalmışam. Gerçəklik budur.

G.M 2018-03-22 14:04:29

Mən MSK-nı məhkəməyə verəcəm.İLHAM ƏLİYEVƏ alternativ olası kişi tapmırdısa bunları neynirdi.Ayıbdır axı.Namizəd kimi yox,namizədin vəkilinin şoferi kimi davranırlar.İ.Əliyev çox düzgün edir ki,onlarla debata çıxmır.Bu adamla Həm İ.Əliyevə ,həm də Azərbaycanın adına layiq olmuyanlardı.

Son yazılar