Türkiyənin 4 əsgəri şəhid olub - 4-ü yaralanıb

Suriyanın Afrin şəhərində əldəqayırma bombanın partlaması nəticəsində Türkiyənin 3 əsgəri şəhid olub, 3-ü isə yaralanıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, məlumatı Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Partlayış ərazidə axtarış-təmizləmə işləri aparılan zaman baş verib.

Bundan başqa, Türkiyənin Bitlis əyalətində PKK terroçularına qarşı aparılan əməliyyat zamanı 1 əsgər şəhid olub, biri isə yaralanıb. Yaralı əsgər Bingöl Dövlət Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində "Zeytun budağı" adlı antiterror əməliyyatına başlayıb. Afrin artıq terrorçulardan azad olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar