Türkiyə və ABŞ Prezidentləri arasında telefon danışığı baş tutub

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

“Report” "TRT Haber"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Onun sözlərinə görə telefon danışıqları zamanı ikitərəfli münasibətlər və regional məsələr münasibətlər müzakirə olunub.

“ Ərdoğan amerikalı həmkarı ilə iki dövlət arasındakı münasibətlər və regional məsələlər haqqında danışıblar” , - deyə Kalın bildirdi.

Təxmin olunur ki, Ərdoğan – Tramp danışıqlarının əsas mövzusu Mənbic şəhərinin YPG/PKK terrorçularından azad edilməsi haqqında plan olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar