Deputat toxunulmazlığı ləğv edilib - Savçenko saxlanıldı 

Ukrayna Ali Radası Nadejdo Savçenkonun deputat toxunulmazlığını ləğv edib.

BakuPost xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, bunun ardından Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Savçenkonu parlamentin binasında saxlayıb.

Qeyd edək ki, martın 8-də "Zabit korpusu” adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Ruban Donbasda təmas xəttində saxlanılıb. Separatçılarla görüşdən qayıdan V. Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb. Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları V. Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir. N. Savçenkonun adı da məhz bu iş üzrə keçir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar