ABŞ-da Ərdoğanın mühafizəçiləri haqqında cinayət işinə xitam verilib

Türkiyə prezidenti Tayyip Ərdoğanın Vaşinqton ziyarəti zamanı Ağ Evin qarşısında etiraz bəhanəsi ilə onu təhqir edən PKK yandaşlarına müdaxilə həyata keçirən 15 prezident mühafizəçisindən 11-nə qarşı başladılan cinayət işi bağlanb.Musavat.com xarici mediaya istinadəən xəbər verir ki, ABŞ prokurorluğu məhkəmədən ilk öncə hadisə yerində olmayan 4 cangüdən haqqında cinayət işinin bitirilməsini istəyib.

Bunun arxasınca isə, ABŞ-ın keçmiş dövlət katibi Reks Tillersonun fevralın 14-də gerçəkləşdirdiyi Ankara səfəri zamanı daha 7 cangüdən cinayət təqibindən azad edilib.

“The Wall Street Journal” bunu Ağ Ev rəhbərliyininn iki ölkə arasında münasibətlərinə yaranan gərginliyn azaldılması yönündə bir jest olduğunu vurğulayır.

Haqqındakı ittihamların düşürülməsinə qərar verilən isimlərdən biri də prezident Ərdoğanın mühafizə rəisi Muhsin Köse olduğu bildirilib.

Türkiyəə mətbuatı mövzu ilə bağlı olaraq hələ ki rəsmi açıqlama verilmədiyini yazır.

Xatırladaq ki, 2017-ci ilin may ayının 17-də ABŞ-da rəsmi səfərdə olan Tayyip Ərdoğanla Donald Tramp arasında keçən görüş zamanı və sonrası bir qrup PKK dəstəkçisi əllərində terror təşkilatının bayraqları və təşkilat rəhbərlərinin, o cümlədən HDP-nin lideri Səlahəddin Dəmirtaşın portretləri ilə uca səslə Türkiyə prezidentini təhqir etməyə başlamış, bu səbəbdən mühafizəçilər onlara müdaxilə etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar