“ELDAR MAHMUDOV KASETLƏRLƏ HƏDƏLƏYİR...” - Debatda sensasiyalı çıxışlar (VİDEO)

Prezidentliyə namizədlərin martın 21-də baş tutan üçüncü teledebatı da maraqlı çıxışlarla yadda qalıb.

"AzPolitika"nın məlumatına görə, ordu quruculuğu və təhlükəsizlik mövzusuna həsr olunmuş debatda, gözlənildiyi kimi, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində baş verənlər namizədlərin diqqət mərkəzində olub.

Fikrimizcə, müzakirəyə çıxarılmış mövzu haqda ən məzmunlu çıxışı ADP sədri Sərdar Cəlaloğlu edib (Onun çıxışının videoyazısı başqa yazıda təqdim olunub-red.) BAXCP sədri Qüdrət Həsənquliyev, Zahid Oruc və Hafiz Hacıyevin də çıxışları  diqqətçəkən olub.

Q.Həsənquliyev müdafiə naziri postuna mülki şəxsin gətirilməsinin və orduya ictimai nəzarətin vacibliyini vurğulayıb.

Zahid Oruc MTN-də baş verənlər və keçmiş nazir Eldar Mahmudovun həbs olunmaması məsələsini qaldırıb və Baş prokuror Zakir Qaralova suallar ünvanlayıb: "Nə gözükölgəliliyiniz var ki..."

Hafiz Hacıyev isə ənənəsinə sadiq qalaraq, çıxışında konkret vəzifəli şəxsləri hədəfə götürüb, ermənilərlə qohumluğu olan şəxslərin vəzifələrdən uzaqlaşdırılmasına çağırıb. O, "Yutub"a yerləşdirilmiş videolarla Azərbaycan rəhbərlərini təhqir edən, hədələyən şəxslərin arxasında keçmiş MTN rəhbərliyinin durduğuna da açıq eyham vurub.

Qüdrət Həsənquliyev, Zahid Oruc və Hafiz Hacıyevin çıxışlarının videoyazısını təqdim edirik:

635x100

Şərhlər

Hüquqsuz Vətəndaş 2018-03-22 22:34:52

Eldar Mahmudov və digər nazirlər bu dəhşətləri necə törədiB?! Hakimiyyətin milli satqın adlandırdığı Elşad Abdullayev bunları öz video kassetləri il sübut etmişdi və p dəfələrlə məlumat vermişdi. Lakin......Azərbaycanda meşədə beş nəfər müxalifətçinin kabab çəkməsindən xəbəri olanların bu işlərdən xəbəri olmayıb?

Mirze 2018-03-22 22:34:52

Men anlamiram bu insanlari. Neye gore teledebatda prezidentliye namized olanlar oz gorecekleri isden danismir,xalqin prablemlerinden danismir ancaq E.Mahmudovdan danisir. Z.Oruc cox maraqlidir Mahmudovdan danisirsa bes neye gore gomrukde, digər orqanlarda olan bu geder ozbasinaliqdan, rusvetxorluqdan danismir yoxsa Kimlerdense qorxur ? Yadaki kiminse yazdigi Teksti ezberliyib kimlerinse sifarisi ile oxuyur. Esq olsun !

z. oruca suallar 2018-03-22 22:34:52

zahid oruc, NIYE, senin SESIN CHIXMIRDI E. Mahmudova qarshi, o nazir olanda, sen HARA BAXIRDIN ? Niye, sen indiki suallarini , o vaxt gondermirdin Bash Prokurora, E. Mahmudov barede ? Sen xidmet edirsen oz "krisha" -na ve YUKSEK VEZIFEYE TEYINAT GOZLEYIRSEN..., seni esla MARAQLANDIRMIR kasib insanlar, chunki, sen KARYERISTSEN... AZERBAYCAN XALQININ MILLI MARAQLARINA XIDMET ETMEYEN daxili dushmenlere LENETLER OLSUN !!!

babek 2018-03-22 22:34:52

Rehmetlik C.Aliyevin sozu ile desek...

vətəndaş 2018-03-22 22:34:52

Şox sadəlöv millətik.

gedebeyli 2018-03-22 22:34:52

zahidin orucu. buna deputat deyirlər. mən isə ona jek mudiri belə deyemiyorum.neden? ona gorə ki bu adam hamsi bolgədə doxulub ora hormetidə bulunmur. hansi bolgədən deputat onu tanimiyorlar. abi belə olurmu? bu kimdi ya?zakir qaralovu suclayir bu.habuki baş prokurorluga caxilirsa olur ya?qorxudan bilirsenmi qorxudan.onu tutqluyub, qandalamaq o qədər bəsit ki, susu istənilən qadar. ən boyuk sucu saxta sənədlərlə malikanalərə, obyektlərə sahib olmasi.yeterincə fakt var. əmlak meselelərdə nə islər qarisdirb?

Zaura Şuşalı 2018-03-22 22:34:52

O, hər işi göstərişlərə uyğun icra etdirib. Ən çox irad tutulan "solaxay" fəaliyyət də saf "Xalq Prezidenti" dövründən belə məqsədli inkişafa nail olub. Güclü tərəqqisiz "solaxay"-nəğd milyardlar dünya arenasına necə çıxardı?

эльхан 2018-03-22 22:34:52

Karlova Vali?))))))

t.ədalət 2018-03-22 22:34:52

Ölkənin bir porezidenti var.O da seçiləcək.Bu oyunbazlıq nəyə lazım?Kimi aldadırıq?Zənnimcə belə oyunlar bizi geri salır.Bizim bu gün danışılası bir məsələmiz var:Qarabağ probleminin çözülməsi.İtirilmiş ərazilərimizin geri qaytarılması üçün düşünməliyik.Xırda məişət məsələləri Əbülfəz Əliyevin zamanında qaldı.Özlərinin namizədliyini verən adamlar,gərək bu qədər enməsinlər.Ən azı deputat kürsüsü tutan bu adamlar "evcik-evcik" oyunu kimi xırda uşaqlıq hislərindən,görəsən...

G.M 2018-03-22 22:34:52

Seçki marafonunda səsləndirilən fikirlər PA -nın ``mətbəxində`` hazırlanır.Bəzi namizədlərin göstərişlə ``ehtiyatla`` səsləndirdikləri E.Mahmudova yönələn fikirləri də bu yöndə böyük maraq kəsb edir.Deməli E.Mahmudova yaxın düşmək o qədər də asan deyil.Əcəba,qapalı nifrətin əsasında görəsən nə dayanır.Doğrudanmı Xalqa məlum olmayan,qorxulu iqtidardaxili oyunlar gedir...

Taliw 2018-03-22 22:34:52

Allah Allah ne deyirler ee bunlar

Zaur 2018-03-22 22:34:52

O KASETLƏRDƏ NƏ VAR Kİ HAMI ONDAN DƏHŞƏTLİ QORXURLAR. DEYİLƏNLƏRƏ GÖRƏ NEÇƏ MİLYARD PUL ATIB, ÇOX BÖYÜK CİNAYƏTLƏR EDİB VƏ ONU TUTAMAĞA HEÇ KİMİN DUXU ÇATMIR.

Şuşa Milisi 2018-03-22 22:34:52

...Görünür rəqibləri birləşdirən və dövləti süpürən də hamısının maliyyeyi-məxaric oyunudur? Hələlik bu haqda danışan yoxdur. Yalnız daxili təşviqi-təftiş görünür.

Baş Kəlam 2018-03-22 22:34:52

Danışan VƏZİFƏLİlərin və ya "MİLLƏT VƏKİL"lərinin əksəriyyəti popuqay və ya kiminsə "vanka-vstanka"sı olduğunu nümayiş etdirir. Bircə 20 il işğalda saxlanan orduya baxaq. Bütün ərəb dövlətlərini və İranı belə daimi hərbi-siyasi gümbəz altında saxlayan İzrael ordusuna heç bir il yarım milyard belə xərclənməyib. Burada elə hissələr var ki, müasir mal tövlələrindən də pis görünür. Hər sahədə milli marağı basan nəfis və "xaricə yaranmaq"(satqınlıq) aşkardır. ..

borboros_2 2018-03-22 22:34:52

SECKILERDEN SONRA BUMLARA ME QEDER VERECEKLER GÖRESEN

Hüquq müdafiəçisi 2018-03-22 22:34:52

Xalqın sevimli oğlu Zahid Oruc MTN-lə bağlı çıxışında müəyyən məsələləri deməklə Baş prokuror Zakir Qaralova suallar ünvanlayıb: “Nə gözükölgəliliyiniz var ki…” Bəli Zahid müəllim çıxışında həqiqətlər var və haqlı məsələyə toxunub. Əgər Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin əməkdaşları baş vermiş qanunsuzluqlara qarşı əlbir olub göz yummasaydılar, üzərlərinə düşən vəzifələri vicdanla yerinə yetirsəydilər şübhəsiz ki, MTN-nin vəzifəli şəxsləri bu qədər dərinləşən ağır nəticələrə səbəb olmuş cinayətlərinin qarşısı vaxtında alınardı. Gərək bu məsələ ortaya çıxan kimi dərhal baş prokuror Zakir Qaralov və həmin idarənin əməkdaşları istefaya göndərilib istintaq aparılaydı. Ancaq təəssüflər olsun ki, məlum olan odur ki, bu belə olmadı. Gec də olsa dövlət və hakimiyyətin möhkəmləməsi naminə prokurorluqda islahat aparılmalı idi. Yəqin ki, mənasız şeydir və elə bu cür də davam etdiriləcək.

Nadir 2018-03-22 22:34:52

Bismillahir-Rəhmanir-Rəhim. Cənab Hafiz Hacıyevin çıxışında çox məraqlı məsələrə toxunub.düz deyir bəzi nazirlər və məmurlar vətəndaşların yazdıqları məktubları oxmurlar.Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və strukturlarında vətəndaşlara qarşı olan süründürməçilik, saxtakarlıq və laqeyidlikdir haqında HĞRMƏTLİ S.MÜSLÜMOVA,bir təqaütçi kimi 11 ayda dəfələrlə müraciət etməyimə baxmayaraq qaldırılan suallara cavab ala bilməmişəm. Belə nazirlik oar? Vallah onların Iinadkarlığına təəccüb edirəm.Düz deyirlər "iLAN ULDUZ GORMƏSƏ, ÖLMƏZ".

Son yazılar