Donetsk vilayətinin rəhbəri Donbas və Qarabağ separatçılarını bir-birinə bənzətdi

“Azərbaycan və Ukrayna mütləq ərazi bütövlüklərini bərpa edəcəklər və buna heç kimin şübhəsi olmamalıdır”. Bunu virtualaz.org-un əməkdaşı Zaur Rəsulzadə ilə söhbətində Ukraynanın Donetsk vilayəti hərbi-mülki administrasiyasının sədri Pavel Jebrivski deyib.

Ukraynalı qubernator şübhə etmir ki, xaricdən dəstək olmasa, nə Donbas, nə də Qarabağ separatçıları bir gün belə duruş gətirə bilməzlər.

Jebrivski onu da əlavə edib ki, hazırkı “DXR” rejiminin rəhbərliyi ilə heç bir halda danışıqlar masasının arxasında oturmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar