Məhkəmə Cənubi Koreyanın sabiq prezidentinin həbs olunması barədə qərar qəbul edib

Dərc olunub: 22/03/2018 - 23:39

fed511371d9c149e218350802e76a5efSeul məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Li Myun-bakın həbs olunması barədə qərar qəbul edib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, məhkəmə 2008-2013-cü illərdə ölkənin prezidenti olmuş Li Myun-bakı 12 maddə üzrə, o cümlədən korrupsiya, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli hesab edib.

Prokurorlar Li Myun-bakı qanunsuz yollarla ölkənin xüsusi xidmət orqanlarından və fərdi şəxslərdən, ümumilikdə, 11 milyard von (təxminən 10,3 milyon ABŞ dolları) dəyərində rüşvət almaqda ittiham edirlər. Bundan başqa, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, gizli şəkildə sahib olduğu şirkətlər vasitəsilə 35 milyard von qanunsuz gəlir əldə etməkdə, həmin şirkətlərin vergidən yayınmasına şərait yaratmaqda ittiham olunur.

Ötən həftə prokurorlar sözügedən məsələ ilə əlaqədar 76 yaşlı sabiq dövlət başçısını 2 gün ərzində 21 saatdan çox dindiriblər. İddiaları rədd edən sabiq prezident sadəcə Milli Kəşfiyyat Xidmətindən 106 milyon von (100 min dollar) rüşvət aldığını etiraf edib.

Onun cinayətləri təsdiqlənərsə, 45 il müddətinə azadlıqdan məhrum edilə bilər. Li Myun-bak prezident olmazdan əvvəl Seul şəhərinin meri işləyib və “Hyundai” şirkətinin mühəndislik və inşaat bölməsinə rəhbərlik edib.


loading...




Fikrinizi bildirin