Azərbaycanın U-21 yığması Kosovoya məğlub olub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv Kosovo yığmasının qonağı olub.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarlı hava şəraitində keçən qarşılaşmada hər iki qol ikinci hissədə vurulub. 54-cü dəqiqədə Florent Hasani, 61-ci dəqiqədə isə Besfort Kölgeci fərqlənib. Bununla da Sadıqov U-21 yığmasındakı ilk rəsmi sınağında məğlubiyyətlə üzləşib.
Beləliklə, 5-ci qrupda 7 oyundan sonra xallarını 10-a çatdıran Kosovo ikinci pilləyə yüksəlib. Azərbaycan yığması isə 6 oyundan 1 xalla sonuncudur. Sadıqovun komandası növbəti oyununu martın 27-də səfərdə İrlandiyaya qarşı keçirəcək.
Avropa çempionatı
Seçmə mərhələ, V qrup
22 mart
22:00. Kosovo - Azərbaycan - 2:0
Qollar: Florent Hasani, 54. Besfort Kölgeci, 61
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.