Tramp və Ərdoğan möhkəm ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqlədi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xbərə görə, cümə axşamı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp və Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan bölgədə situsiyanın inkişafını telefonla müzakirə ediblər və möhkəm ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqləyiblər. Bu barədə xəbəri Ağ Ev yayıb.

«ABŞ Prezidenti Donald Tramp bu gün NATO üzrə müttəfiq və strateji həmkar olaraq, ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqləmək məqsədilə, həm də bölgədə situasiyanın inkişafına öz baxışlarını mübadilə etmək üçün Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanla telefonla danışıb» - deyə, xəbərin şərhində qeyd olunur.

Ağ Evdən həm də bildiriblər ki, liderlər «birgə strateji tapşırıqların həlli üçün» ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinin davam etməsinə sadiq olduqlarını təsdiqləyiblər və hər iki tərəfin münasibətlərinə təsir göstərən narahatlığı müzakirə ediblər.

Son vaxtlar Türkiyə ilə ABŞ arasında münasibətlər bir sıra məsələlərə görə, o cümlədən Suriyada yaranmış sitasiya və Türkiyədə ABŞ diplomatik missiyası əməkdaşlarının saxlanmasına yönəlik fikir ayrılığı səbəbilə gərginləşib.

Bundan əvvəl, Türkiyə dəfələrlə ABŞ-ı günahlandırıb ki, onlar «İslam dövləti» terrorçu qruplaşması üzərində qələbədən sonra, YPG (Suriyalı kürdlərin özünümüdafiə qüvvələri) qüvvələrinin Mənbicdən çıxarılacağı barədə verdiyi vədi yerinə yetirməyib. Ankara Vaşinqtonu həm də ikili standartlar nümayiş etdirməkdə günahlandırıb.

ABŞ Dövlət Departamentində etiraf ediblər ki, ölkənin Türkiyə rəhbərliyi ilə «müəyyən fikir ayrılığı var», ancaq onlar əvvəlki kimi hesab edirlər ki, Ankara ilə aralarında «nisbi möhkəm alyans mövcuddur».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar