"İşğal altındakı ərazilər azad olunmalıdır"- Aleksandr Lukaşenko

“İşğal altında olan ərazilər azad olunmalı, regionda sülh və təhlükəsizlik bərpa edilməlidir”.Bu fikirlər Tbilisidə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenkonun gürcü həmkarı Georgi Marqvelaşvili ilə görüşündə səslənib.

A.Lukaşenko ilə G.Marqvelaşvili arasında keçirilən təkbətək görüşdə dünyada baş verən hadisələr, təhlükəsizlik, regional əməkdaşlıq, iqtisadi, siyasi, humanitar sahələrdə əlaqələrin inkişafı və s. məsələlər müzakirə olunub.

Bildirilib ki, işğal altındakı ərazilərdə süni maneələrin yaradılması, inşaat və infrastruktur layihələrin həyata keçirilməsi yolverilməzdir.

Tərəflər regionda sülhün və təhlükəsizliyin bərqərar olmasının, işğal olunmuş ərazilərdən didərgin düşmüş insanların hüquq və azadlıqlarının qorunmasının vacibliyini xüsusi qeyd ediblər. (Report)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar